Redaktor
Azərbaycana 127 milyonluq avtobuslar gətirilib
Cari ilin yanvar-oktyabr aylarında xaricdən Azərbaycana 702 ədəd avtobus idxal olunub.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə ölkəyə 288 ədəd avtobus idxal edilib.
Beləliklə, illik müqayisədə idxal olunan avtobusların sayı 414 ədəd və ya 143,75% (2,43 dəfə) artıb.
Cari ilin ilk 10 ayı üzrə idxal olunan avtobusların dəyəri 74 milyon 760,1 min ABŞ dolları (127 milyon 92,17 min manat) təşkil edib.
Ötən ilin eyni dövründə isə bu göstərici 45 milyon 622,7 min ABŞ dolları (77 milyon 558,59 min manat) olub.
İllik müqayisədə avtobusların idxalın dəyərində 29 milyon 137,4 min ABŞ dolları və ya 63,86% artım qeydə alınıb.
Sərvanə Rəmixanova