Ford 19,5 milyard dollarlıq zərərə düşəcək

Redaktor

16.12.2025 10:52
78

Ford 19,5 milyard dollarlıq zərərə düşəcək

Ford Motor elektrik avtomobil istehsalını məhdudlaşdırmaq qərarına gəlib. Şirkət 2025-2026-cı illərdə bu qərarın nəticəsində ümumilikdə 19,5 milyard ABŞ dolları həcmində maliyyə itkisi ilə üzləşəcəyini açıqlayıb.

Valyuta.az "Forbes"a istinadən xəbər verir ki, Ford-un bu addımı sənayedə elektrik nəqliyyat vasitələrinə olan tələbin zəifləməsi fonunda atılıb. Şirkət 2023-cü ildən bəri EV (elektrik nəqliyyat vasitələri) biznesində artıq 12 milyard dollardan çox zərərə düşüb.

Məlumata görə, zərərin əsas hissəsi 2025-ci ilin dördüncü rübü və 2026-cı ildə qeydə alınacaq, təxminən 5,5 milyard dollarlıq hissəsi isə 2027-ci ilə ötürüləcək.

Ford həmçinin F-150 modelinin elektrik versiyasının istehsalını dayandıracaq və diqqətini benzinlə işləyən və uzadılmış məsafəli hibrid modellərə yönəldəcək. Şirkət 2027-ci ilə qədər 30 min dollar dəyərində aşağıbüdcəli pikap modeli təqdim etməyi və 2030-cu ilə qədər modellərinin yarısının EV, hibrid və uzadılmış məsafəli avtomobillərdən ibarət olmasını planlaşdırır.

Qeyd edək ki, elektrik avtomobil satışlarındakı durğunluq Tesla və General Motors kimi digər nəhəng avtomobil istehsalçılarının da strategiyalarına yenidən baxmasına səbəb olub.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məsafədən iş əmək müqaviləsilə olacaq

16.12.2025

Alimentlərə görə işçinin əməkhaqqından bu qədər tutulacaq - YENİ QAYDA

16.12.2025

Bu şəxslərə orta əmək haqqının 3 misli miqdarında müavinət ödəniləcək

16.12.2025

Bir elektromobilin orta qiyməti 50 min manata düşüb

16.12.2025

İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək

16.12.2025

Borcu olan bu şirkətin möhürü də itdi

16.12.2025

Azərbaycan geyimə 400 milyondan çox xərc çəkib

16.12.2025

Azərbaycandan ən çox məhsul alan ölkələr - CƏDVƏL

16.12.2025

46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir

16.12.2025

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

16.12.2025

Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb

16.12.2025

Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI

16.12.2025

Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır

16.12.2025

Sərvətini rekord həddə çatdıran 5 milyarder - SİYAHI

16.12.2025

Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi

16.12.2025

AFB Bank yeni “Neftçilər” filialını istifadəyə verdi ®

16.12.2025

Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır

16.12.2025

Vahid Ələkbərovun sərvətində 2 milyarddan çox itki

16.12.2025

Ford 19,5 milyard dollarlıq zərərə düşəcək

16.12.2025

İnşaat və tikinti sektoruna kredit qoyuluşu 1,8 milyard manatı keçib

16.12.2025

Məzənnə

Yüklənir...