Redaktor
İnşaat və tikinti sektoruna kredit qoyuluşu 1,8 milyard manatı keçib
Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1 milyard 832 milyon manata çatıb.
Valyuta.az xəbər verir ki, bu göstərici aylıq müqayisədə 12,3 milyon manat və ya 0,67% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 81,4 milyon manat və ya 4,2% azdır.
Nəzərə çatdıraq ki, bu göstərici aylıq müqayisədə 12,3 milyon manat və ya 0,67 faiz çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 81,4 milyon manat və ya 4,2 faiz azdır.
Qeyd edək ki, ötən ilin eyni dövründə bu sektora 1 milyard 913 milyon manat, əvvəlki ay isə 1 milyard 819 milyon manat kredit yönəldilmişdi.
Ümumilikdə, 2025-ci ilin noyabrın 1-nə Azərbaycanda real sektora yönəldilmiş kredit portfeli 31 milyard 714 milyon manat olub.
Tənzilə Ağabalayeva