Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi

Redaktor

16.12.2025 11:31
104

Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib.

Valyuta.az xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün 42 təqvim günündən, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 35 təqvim günündən) az daxil edilməsi texniki baxımdan mümkün olmur.

Eyni zamanda, iş vaxtının müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan, 16-18 yaş arası işçilər üçün isə 36 saatdan) artıq daxil edilməsi sistem tərəfindən məhdudlaşdırılıb. 

Bu yenilik 16 yaşdan 18 yaşadək işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına, ƏMAS-da məlumatların düzgün formalaşdırılmasına xidmət edir.

Həmçinin ƏMAS-a daha bir funkisonallıq əlavə edilməklə, işçilərə bu e-sistem üzərindən real vaxt rejimində əsas iş yerləri ilə yanaşı, artıq əlavə iş yerləri barədə də arayışları əldə edə bilmək imkanı yaradılıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

16.12.2025

Azərbaycanda elektron siqaretlər qadağan olunur

16.12.2025

Məsafədən iş əmək müqaviləsilə olacaq

16.12.2025

Alimentlərə görə işçinin əməkhaqqından bu qədər tutulacaq

16.12.2025

Bu şəxslərə orta əmək haqqının 3 misli miqdarında müavinət ödəniləcək

16.12.2025

Bir elektromobilin orta qiyməti 50 min manata düşüb

16.12.2025

İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək

16.12.2025

Borcu olan bu şirkətin möhürü də itdi

16.12.2025

Azərbaycan xaricdən geyim almağa 400 milyon dollardan çox xərc çəkib

16.12.2025

Azərbaycandan ən çox məhsul alan ölkələr - CƏDVƏL

16.12.2025

46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir

16.12.2025

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

16.12.2025

Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb

16.12.2025

Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI

16.12.2025

Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır

16.12.2025

Sərvətini rekord həddə çatdıran 5 milyarder - SİYAHI

16.12.2025

Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi

16.12.2025

AFB Bank yeni “Neftçilər” filialını istifadəyə verdi ®

16.12.2025

Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır

16.12.2025

Vahid Ələkbərovun sərvətində 2 milyarddan çox itki

16.12.2025

Məzənnə

Yüklənir...