Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

Redaktor

16.12.2025 15:44
110

Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

Bildiyimiz kimi, 2025-ci ildən Vergi Məcəlləsində bazar mülkiyyətçiləri və bazarlarda fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə vəzifələr müəyyən olunub. Vergi Məcəlləsində qeyd olunan “bazar” anlayışına iri ticarət mərkəzləri – “Mall”lar da aid olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Valyuta.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2025-ci ilin oktyabrın 1-dən qüvvəyə minən 16.1.11-15 – 16.1.11-17-ci maddələrində kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) və həmin bazarlarda sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinə dair vəzifələr müəyyən edilib.

Vergi Məcəlləsində nəzərdə tutulan “bazar” anlayışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən müəyyən olunur. Həmin Qaydaların 2-ci hissəsinin müddəalarına əsasən, bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksidir.

Buna əsasən, Vergi Məcəlləsinin bazarlarla bağlı sözügedən müddəaları iri ticarət şəbəkələri və ticarət mərkəzlərinə (o cümlədən “Mall”lara) münasibətdə də tətbiq olunur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” ilə tənzimlənir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu mayenin hər litrinə 100 manat aksiz tətbiq edilecek

16.12.2025

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.12.2025

Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi ®

16.12.2025

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı

16.12.2025

Nazir sabiq bankiri sədr müavini təyin etdi

16.12.2025

Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

16.12.2025

Azərbaycanda elektron siqaretlər qadağan olunur

16.12.2025

Məsafədən iş əmək müqaviləsilə olacaq

16.12.2025

Alimentlərə görə işçinin əməkhaqqından bu qədər tutulacaq

16.12.2025

Bu şəxslərə orta əmək haqqının 3 misli miqdarında müavinət ödəniləcək

16.12.2025

Bir elektromobilin orta qiyməti 50 min manata düşüb

16.12.2025

İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək

16.12.2025

Borcu olan bu şirkətin möhürü də itdi

16.12.2025

Azərbaycan xaricdən geyim almağa 400 milyon dollardan çox xərc çəkib

16.12.2025

Azərbaycandan ən çox məhsul alan ölkələr - CƏDVƏL

16.12.2025

46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir

16.12.2025

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

16.12.2025

Bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu artıb

16.12.2025

Bakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI

16.12.2025

Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır

16.12.2025

Məzənnə

Yüklənir...