Redaktor
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 6 milyard 784 milyon 340 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə MDB ölkələrinə ixracın həcmi 1 milyard 627 milyon 223 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 6.95%-ni təşkil edir.
Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 1 milyard 559 milyon 358 min ABŞ dolları (ümumi ixracın 6.41%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 67 milyon 865 min ABŞ dolları artıb.
İdxala gəlincə, cari ilin yanvar-noyabr aylarında MDB ölkələrindən idxalın həcmi 5 milyard 157 milyon 117 min ABŞ dolları olub. Bu, ümumi idxalın 24.34%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 4 milyard 766 milyon 513 min ABŞ dolları (ümumi idxalın 25.39%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 390 milyon 604 min ABŞ dolları həcmində artım qeydə alınıb.
| Ölkələr | İxrac (min ABŞ dolları) | İdxal (min ABŞ dolları) |
|---|---|---|
| Rusiya | 1 087 796.42 | 3 420 479.84 |
| Ukrayna | 216 895.50 | 259 734.01 |
| Qazaxıstan | 87 227.22 | 539 992.27 |
| Belarus | 71 476.87 | 306 157.65 |
| Özbəkistan | 69 594.63 | 436 985.15 |
| Türkmənistan | 58 537.56 | 134 500.02 |
| Qırğızıstan | 20 013.73 | 53 082.76 |
| Moldova | 4 695.03 | 5 104.86 |
| 16.12.2025 |
Mayya Hüseynova