Redaktor
"OpenAI" "iPhone"un baş dizaynerinin şirkətini 6,5 milyarda satın aldı
"OpenAI" şirkəti "iPhone"un sabiq baş dizayneri Conni Ayvin yaratdığı "İo" adlı startapı 6,5 milyard dollar dəyərində satın aldığını elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.
Ayv ilə "OpenAI"nin baş direktoru Sem Altman arasında mümkün əməkdaşlıq barədə danışıqlar hələ 2023-cü ildən aparılırdı, lakin razılaşma yalnız bu yaxınlarda əldə olunub. Müqaviləyə əsasən, 5 milyard dollar ödəniş "OpenAI" səhmləri ilə həyata keçiriləcək və alqı-satqı prosesinin 2025-ci ilin yayında tamamlanması gözlənilir.
Məlumata görə, "İo" komandası ChatGPT bazasında yeni cihaz üzərində çalışır. Bu cihaz nə smartfonu, nə də noutbuku əvəz edəcək, əksinə, "tamamilə yeni bir şey" olacaq.
Altmanın sözlərinə görə, bu cihaz 2026-cı ildə təqdim ediləcək və "Humane Pin" və ya "Rabbit R1" kimi uğursuz süni intellekt cihazlarına bənzəməyəcək.
Qeyd olunur ki, Ayvın komandasından 55 mühəndis "OpenAI"yə keçəcək. Lakin Ayv özü özünün "LoveFrom" adlı dizayn studiyasının müstəqilliyini qoruyacaq və birbaşa "OpenAI"də çalışmayacaq. Bununla belə, "LoveFrom" şirkəti "OpenAI"nin bütün məhsul xəttinin – həm cihazların, həm də ChatGPT kimi proqram təminatının dizaynı ilə məşğul olacaq.
1992-2019-cu illər arasında "Apple"da çalışmış Conni Ayv şirkətin ən simvolik məhsullarının - "iMac", "iPod", "iPhone", "iPad", iOS və "macOS" sistemlərinin dizaynında həlledici rol oynamışdı. O, "Apple"dan ayrıldıqdan sonra "LoveFrom" studiyasını qurmuşdu.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025