Redaktor
"Apple" satışlarda "Samsung"u geridə qoyaraq liderliyə yüksəldi
"Apple" 2025-ci ilin ilk rübündə qlobal smartfon satışlarına görə birinci yerə yüksəlib.
Valyuta.az xəbər verir ki, analitiklər bu nəticəni yeni "iPhone 16e" modelinin təqdimatı və Yaponiyada, eləcə də Hindistanda yüksək tələbatla əlaqələndirirlər.
Qeyd olunur ki, "Apple" tarixində ilk dəfə olaraq rüblük satış payına görə bütün rəqiblərini geridə qoyaraq lider olub. "Samsung" 18% bazar payı ilə ikinci yerdə qərarlaşıb. Çin şirkətləri olan "Xiaomi", "vivo" və "OPPO" isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri bölüşüblər.
Bununla belə, "Counterpoint" araşdırmasında vurğulanır ki, dünya üzrə smartfon bazarında cari il ərzində ümumi eniş gözlənilir. Buna səbəb kimi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar və davam edən qlobal iqtisadi qeyri-müəyyənliklər göstərilir.
Analitiklər qeyd edirlər ki, Trampın ticarət siyasətindəki qeyri-sabitlik inflyasiya risklərini artırmaqla yanaşı, həm də istehlakçı davranışlarına mənfi təsir edir. Nəticədə insanlar yeni telefon almaq qərarlarını təxirə salır, bu isə istehsal və tədarük zəncirinə təzyiq göstərir.
Apreldə açıqlanan qərarlar 2025-ci ilin birinci rübündə 'iPhone' satışlarına birbaşa təsir etməyib", – deyə "Counterpoint"in baş analitiki Ankit Malhotra bildirib.
Qlobal smartfon bazarında 2025-ci ilin birinci rübündə ümumilikdə 3% artım qeydə alınsa da, il ərzində tənəzzül proqnozlaşdırılır. Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, "Apple" yeni məhsulu ilə öz mövqeyini gücləndirərək investorlar üçün də müsbət siqnal göndərmiş olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"
03.03.2026Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb
03.03.2026İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
03.03.2026Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib
03.03.2026AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə
03.03.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®
03.03.2026Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar
03.03.2026İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb
03.03.2026Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026