Nazir müavini: Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var

Redaktor

29.10.2024 14:51
411

Nazir müavini: Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var

Azərbaycanda həkimlərin əməkhaqqının artırılması ilə bağlı ümidlər var.

Valyuta.az xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Nadir Zeynalov məlumat verib.

"Ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə çatdırır. Xərclənən vəsaitlər hesabına əməkhaqqının artırılması real olur. Biz bunu artıq görürük".

O qeyd edib ki, nazirlik əməkhaqqının artırılmadığı sahələr üzrə artırılması istiqamətində addımlar atır:

"Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini almalıdır".

© Report

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...