Nazir: “Bu, müəllimin maaşının artmasına səbəb olacaq”

Redaktor

21.11.2025 14:18
353

Nazir: “Bu, müəllimin maaşının artmasına səbəb olacaq”

“Növbəti sertifikatlaşdırma mərhələsində 35 faiz əmsalından deyil, vahid əmsaldan istifadə etməyi planlaşdırırıq. Müxtəlif dövlət qurumlarının birgə qərarı əsasında bu əmsal dəqiqləşdiriləcək və yəqin ki, bu, müəllimin əməkhaqqısının artmasına səbəb olacaq”.

Valyuta.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

O bildirib ki, mərhələli şəkildə 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq: “Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də müəllimin rifahını yüksəldək deyəndə ilk növbədə maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq söyləyirik”.

Nazir qeyd edib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq: “Tamştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir”.

Emin Əmrullayev əlavə edib ki, proses üçün infrastruktur imkanları mövcuddur, yeni infrastruktur da yaradılacaq: “Müəllim öz iş yeri ilə qürur duymalıdır, həvəslə iş yerinə gəlməlidir. Müəllim dərsdən əlavə olaraq, başqa müəllimin dərsini dinləyib tövsiyələr verə bilər. Şagirdlər üçün metodoloji tövsiyələr hazırlaya bilər”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var

12.03.2026

İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil

12.03.2026

İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

12.03.2026

“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq

12.03.2026

Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb

12.03.2026

Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb

12.03.2026

Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"

12.03.2026

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®

12.03.2026

zypl.ai 2 milyon dollar investisiya cəlb edib

12.03.2026

Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi

12.03.2026

İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir

12.03.2026
"Dünya təcrübəsində rəhbər vəzifələrə təyinat zamanı "staj" əsas götürülmür"

"Dünya təcrübəsində rəhbər vəzifələrə təyinat zamanı "staj" əsas götürülmür"

12.03.2026

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir

12.03.2026

Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək

12.03.2026

60 manatlıq şirkətə 3 milyonluq sifariş verildi

12.03.2026

Neftimizin qiyməti 5%-dən çox bahalaşıb

12.03.2026

Yalnız varlıların bildiyi 7 lüks brend - FOTOLAR

12.03.2026

Bu il Bakıda ən çox investisiya cəlb edən 3 startap

12.03.2026

Türk lirəsi dəyər itirir

12.03.2026

Şirkətlər niyə işdən çıxmaq istəyən işçinin maaşını artırırlar?

12.03.2026

Məzənnə

Yüklənir...