Redaktor
Miras yolu ilə milyarder olanların sayı rekord həddə çatdı - SƏHƏR OXUSU
Qlobal sərvət paylanması son illərdə yeni istiqamət alıb. Bir tərəfdə texnologiya, maliyyə və istehsal sahələrində öz səyləri ilə milyarder olan iş adamları dayanırsa, digər tərəfdə miras hesabına sərvət zirvəsinə yüksələn yeni nəsil var. UBS-in 2025-ci il üzrə açıqladığı son hesabat isə bu tendensiyanı daha da aydın göstərir: miras yolu ilə milyarder olmaq artıq istisna deyil, artan qlobal fenomenə çevrilir.
Valyuta.az xəbər verir ki, UBS-in məlumatına görə, 2025-ci ildə dünyada milyarderlərin sayı 2 682 nəfərdən 2 919 nəfərə yüksəlib. Bu artımın ən diqqətçəkən tərəfi isə miras yolu ilə sərvət toplayanların sayındakı sıçrayışdır.
Bir ildə 91 yeni “miras milyarderi” yaranıb
Hesabata əsasən, təkcə son 12 ay ərzində 91 nəfər miras nəticəsində milyarder olub. Bu şəxslərə ümumilikdə 298 milyard dollar sərvət ötürülüb - bu isə ötən illə müqayisədə üçdə bir çoxdur və UBS-in 2015-ci ildən bəri aparılan araşdırmalarında ən yüksək göstəricidir.
Miras alanlar arasında ən çox diqqət çəkən nümunələrdən biri Asiyanın boya sənayesi maqnatı, avqust ayında 98 yaşında vəfat edən Goh Cheng Liangın ailəsidir. Onun altı nəvəsinin hər biri dəyəri 1 milyard dollardan çox olan səhmləri miras alaraq qısa müddətdə milyarder olub.
Öz zəhməti ilə zənginləşənlər də çoxdur, amma…
UBS bildirir ki, 2025-ci ildə 196 sahibkar öz biznes fəaliyyəti hesabına milyarder statusu qazanıb. Onların ümumi sərvəti 386,5 milyard dollar təşkil edir.
Lakin tendensiya göstərir ki, öz zəhməti ilə milyarder olmaq hələ də mümkündür, amma miras yolu ilə bir gecədə milyarder olmaq daha sürətlə yayılır. UBS rəsmisi Benjamin Cavalli bu prosesin növbəti illərdə daha da güclənəcəyini qeyd edir:
“Dünyada çoxillik sərvət ötürülməsi dövrünə qədəm qoymuşuq. Növbəti 15 ildə nəsillər arasında ən azı 5,9 trilyon dolların ötürüləcəyi gözlənilir”.
Mirasın coğrafiyası: ən çox varidat ABŞ-də ötürüləcək
Hesabat göstərir ki, nəsillərarası ən böyük sərvət transferi ABŞ-də baş verəcək. Ardınca Hindistan, Fransa, Almaniya və İsveçrə gəlir.
Böyük Britaniya siyahıda 7-ci yerdədir. Ölkədə növbəti 15 ildə 164 milyard dollar sərvətin miras qalacağı proqnozlaşdırılır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
03.03.2026“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb
03.03.2026"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"
03.03.2026Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb
03.03.2026İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
03.03.2026Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib
03.03.2026AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə
03.03.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026