Redaktor
Məşhur maliyyə yazarının milyarddan çox borcu var
Məşhur maliyyə savadlılığı kitabı “Zəngin ata, kasıb ata”nın müəllifi və sahibkar Robert Kiyosaki 1,2 milyard dollar borcu olduğunu etiraf edib.
Valyuta.az xəbər verir ki, bu barədə o, “The Iced Coffee Hour” podkastında danışıb. Verilişin aparıcıları Qrem Stefan və Cek Selbi Kiyosakidən bu borcun onu narahat edib-etmədiyini soruşublar. Yazıçı isə belə cavab verib:
“Əgər banka 20 milyon borcunuz varsa, bu, sizin probleminizdir. Amma bir milyard borcunuz var və ödəyə bilmirsinizsə, artıq bu, bankın problemidir”.
Qeyd edək ki, Robert Kiyosaki “Zəngin ata, kasıb ata” kitabını Şeron Lextərlə birlikdə 1997-ci ildə yazıb. Kitabda böyük pul qazanmağı öyrənmək yolları izah olunur və varlı və kasıb insanların dünyagörüşü fərqləndirilir.
Əsər 51-dən çox dilə tərcümə olunub, 109-dan çox ölkədə satışa çıxarılıb və ümumi tirajı 32 milyon nüsxədən çox olub.
©Axşam.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025