Redaktor
Masallıda abadlıq işləri aparılacaq
"Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər üzrə nümayəndəliyi" tərəfindən Masallı şəhərin müxtəlif küçələrində abadlıq işlərinin görülməsi məqsədilə bir neçə müsabiqə elan edilib.
Valyuta.az xəbər verir ki, M.Şəhriyar küçəsinin qalan 440 metrlik hissəsində abadlıq işlərinin görülməsi üçün keçiriləcək müsabiqədə ehtimal olunan qiymət 51 951 manatdır.
Şəhər ərazi nümayəndəliyinə gedən küçədə aparılması nəzərdə tutulan abadlıq işlərinin qiyməti isə 25 611 manat olaraq göstərilib.
Digər tenderlərdən biri Şəhid Elnur Əsədullayev küçəsinin qalan 280 metrlik hissəsində abadlıq işlərinin həyata keçirilməsini əhatə edir. Bu işlərin ehtimal olunan dəyəri 32 236 manatdır. Həmçinin, Şəhid Emin Əliyev küçəsinin qalan 180 metrlik hissəsində aparılacaq abadlıq işləri üçün müəyyən edilən məbləğ 29 148 manatdır.
Bütün tenderlərin ümumi ehtimal olunan dəyəri 138 946 manatdır.
Hər dörd müsabiqə üzrə təkliflərin təqdim olunması üçün son tarix 3 dekabrdır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"
03.03.2026Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb
03.03.2026İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
03.03.2026Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib
03.03.2026AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə
03.03.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®
03.03.2026Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar
03.03.2026İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb
03.03.2026Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026