Redaktor
“Xalq Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər
“Xalq Bank”ın rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub.
Valyuta.az xəbər verir ki, 2023-cü ildə “Xalq Bank” idarəedici heyətinə 1 milyon 559,1 min manat ödəniş edib. Bu isə 2022-ci ilə nisbətən 1% çoxdur. 2022-ci ildə bu rəqəm 1 milyon 543 min manat təşkil edib.
Bankın rəhbərliyinə ödənilən vəsait ümumi işçi heyətinə ödənişlərin 4,1%-ni təşkil edib. Belə ki, “Xalq Bank”ın 2023-cü ildə işçi heyətinə ödənişləri 37 milyon 685 min manat təşkil edib.
Adətən, bankın idarəedici heyəti deyilikdə burda Müşahidə Şurası və İdarə Heyəti nəzərdə tutulur. “Xalq Bank”ın Müşahidə Şurası 2023-cü ilin sonuna 3 nəfər, İdarə Heyəti isə 6 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, bankın rəhbərliyində təmsil olan hər bir şəxsin orta illik gəliri ötən il 173,2 min manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 35% çoxdur. 2022-ci ildə bu rəqəm 128,6 min manat təşkil edib.
Qeyd edək ki, “Xalq Bank”ın Müşahidə Şurasının sədri Asim Məmmədli, İdarə Heyətinin sədri isə Kamran Məcidovdur.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 33,85 %-i "Euro Standard" MMC-yə, 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.
Pünhan
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib
15.12.2025Gömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025