“Təhsilə yanaşma dəyişmədikcə, qiymətləndirmə ilə bağlı danışmaq faydasızdır” - Ekspert

Redaktor

22.04.2025 18:25
251

“Təhsilə yanaşma dəyişmədikcə, qiymətləndirmə ilə bağlı danışmaq faydasızdır” - Ekspert

Müasir təhsil sistemində qiymətləndirmə mexanizmləri, xüsusilə summativ və test əsaslı yanaşmalar, uzun müddətdir ki, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi üçün əsas kimi qəbul olunur.

Lakin bu yanaşmaların şagirdin əsl potensialını və tətbiqi bacarıqlarını nə dərəcədə dəqiq əks etdirdiyi sual doğurur. Əzbərçiliyə söykənən testlər və summativ qiymətləndirmələr çox zaman şagirdin analitik düşüncə qabiliyyəti, yaradıcılığı və real həyat bacarıqları ilə üst-üstə düşmür.

Bu səbəbdən də təhsildə qiymətləndirməyə daha çevik və şagird yönümlü alternativlərin tətbiqi zərurəti getdikcə daha çox gündəmə gəlir. 

Həqiqətənmi hazırkı qiymətləndirmə sistemi, xüsusilə summativ və test əsaslı yanaşma şagirdin əsl bilik və bacarığını əks etdirirmi? Bunlara hansı alternativlər tətbiq oluna bilər?

Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Elmin Nurinin sözlərinə görə, təhsilə yanaşma kökündən dəyişmədikcə, qiymətləndirmə ilə bağlı dəyişikliklərdən danışmaq demək olar ki, faydasızdır: 

“Çünki bu gün qiymətləndirmələr, yanaşmalar təhsilin əsas mahiyyətini özündə əks etdirir”.

Elmin Nuri deyir ki, ümumiyyətlə,  təhsil sistemini qiymətləndirməsiz təsəvvür etmək mümkün deyil: 

“Xüsusilə son illərdə “dünyanın hansısa ölkəsində qiymətləndirmədən imtina edildi”, “filan ölkədə qiymətləndirmə yoxdur” və s. kimi məlumatlara rast gəlirik. Bu fikirlərə qəti inanmaq olmaz. Apardığımız araşdırmalar, tədqiqatlar, təhsillə bağlı topladığımız məlumatlar əsasında deyə bilərik ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orda qiymətləndirmə sistemindən istifadə edilməsin. Bəli, tamamən fərqli üsullarla qiymətləndirmə metodları var. Bizdə isə bu məsələyə yanaşma hələ də klassikdir. Burda summativlər və testlər üzərindən fikir bildirsək, reallıqla barışıb, deyə bilərik ki, artıq bu vasitələr öz ömrünü başa vurmaqdadır”. 

Həmsöhbətimiz vurğulayıb ki, bu hər iki detal - summativlər və testlər yaddaş təhsilinin nişanələridir:

“Sırf yaddaş təhsilinə yönəlik metodikada özünü yüksək səviyyədə əks etdirir. Amma yaddaş təhsilindən sonra təfəkkür təhsili, tədqiqat təhsili üçün bu amillər yaddır. Summativləri və testləri yaddaşdan çıxarıb, hardasa təfəkkür təhsili ilə əlaqələndirmək olar. Dövlət İmtahan Mərkəzi tərəfindən açıq tipli suallar, situasiya sualları, müxtəlif məntiqi əsaslandırmalarla təlqin olunur.

Bu isə sırf yaddaş təhsilindən təfəkkür təhsilinə keçid cəhdinin göstəriciləridir. Amma summativ və testləri heç vaxt tədqiqat təhsilinə yönəltmək olmaz. Tədqiqat təhsilində ümumiyyətlə şagirdi şagird kimi yox, düşünən insan kimi dəyərləndirmək lazımdır. Şagirdi imtahan verən şəxs kimi yox, özünün partnyorun kimi görmək lazımdır.

Çünki tədqiqat təhsilində şagirdin ortaya qoyduğu düşüncə müxtəlif rakurslardan dəyərləndirilməlidir. Şagird dərsə cavab verdi, testi həll etdi 5 verək və s. kimi göstəricilərdən xilas olmaq lazımdır. Təhsil özü - özünü inkişaf etdirən bir mexanizmdir, strukturdur, onsuz da bunlardan xilas olmağa çalışacaq. Ona görə də biz də bacardığımız qədər bundan imtina etməyə çalışmalıyıq”. 

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Məzənnə

Yüklənir...