Redaktor
“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı
Amerikalı oyuncaq nəhəngi “Mattel” süni intellekt texnologiyalarını məşhur məhsullarına tətbiq etmək üçün “OpenAI” ilə yeni tərəfdaşlıq elan edib.
Valyuta.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Barbie”, “Uno” və digər brendlərə generativ AI funksiyaları əlavə olunacaq. İlk AI-lə təchiz edilmiş məhsulun 2025-ci ilin son rübündə satışa çıxarılması planlaşdırılır.
“Mattel” bu əməkdaşlıqla “OpenAI”ın ən son təqdim etdiyi “o3” modellərinə birbaşa çıxış əldə edir, lakin personajlar və brendlər üzərində tam hüquqi nəzarəti özündə saxlayır. Şirkətin franşiza rəhbəri Coş Silveman bu texnoloji sıçrayışın “oyunu yenidən təsəvvür etmək” imkanı yaratdığını bildirib.
Əməkdaşlığın əsas hədəfi post-pandemiya dövründə azalan oyuncaq satışlarına yeni nəfəs verməkdir. Xüsusilə 2023-cü ildə “Barbie” filminin qazandırdığı 1,4 milyard dollarlıq uğur fonunda “Mattel” bu impulsu qorumaq istəyir.
Lakin bu, şirkətin AI texnologiyasına ilk müraciəti deyil. 2015-ci ildə istifadəyə verilmiş “Hello Barbie” kuklasında ciddi məlumat təhlükəsizliyi problemləri yaşanmışdı. Bu səbəbdən bu dəfə təhlükəsizlik və məxfilik tədbirləri ön plandadır. “OpenAI” yeni modellərində uşaqlara uyğun texnoloji və etik çərçivələrin qurulduğunu bildirir.
Mütəxəssislər hesab edirlər ki, uğurlu nəticə əldə olunarsa, “LEGO”, “Hasbro” və hətta “Disney” kimi şirkətlər də oxşar addımlar ata bilər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI
16.12.2025Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır
16.12.2025Sərvətini rekord həddə çatdıran 5 milyarder - SİYAHI
16.12.2025Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi
16.12.2025AFB Bank yeni “Neftçilər” filialını istifadəyə verdi ®
16.12.2025Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
16.12.2025Vahid Ələkbərovun sərvətində 2 milyarddan çox itki
16.12.2025Ford 19,5 milyard dollarlıq zərərə düşəcək
16.12.2025İnşaat və tikinti sektoruna kredit qoyuluşu 1,8 milyard manatı keçib
16.12.2025AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
16.12.2025"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
16.12.2025"Avromed" 21,7 milyonluq sifariş aldı
16.12.2025Azərbaycan neftinin qiyməti ucuzlaşıb
16.12.2025