Redaktor
“Azsığorta”da yeni təyinat
“Azsığorta” ASC-də yeni təyinat olub.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İqbal Nəbi oğlu Rüstəmov “Azsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib.
İqbal Rüstəmovun karyerası əsasən Azərbaycan bank və texnologiya sektorunu əhatə edir. O, indiyədək "Bank of Baku" ASC, “Kapital Bank” ASC və “AFB Bank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri vəzifəsində çalışır.
İqbal Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Managementin idarəetmə təlimini və IE Business School Executive MBA proqramlarını bitirib.
Hazırda “Azsığorta” ASC-nin Direktorlar Şurası aşağıdakı tərkibdə fəaliyyət göstərir: sədr – Direktorlar Şurasının müstəqil üzvü Viladi Maniyev, Direktorlar Şurasının üzvü Elnur Qurbanov və Direktorlar Şurasının müstəqil üzvü İqbal Rüstəmov.
Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI
16.12.2025Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır
16.12.2025Sərvətini rekord həddə çatdıran 5 milyarder - SİYAHI
16.12.2025Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi
16.12.2025AFB Bank yeni “Neftçilər” filialını istifadəyə verdi ®
16.12.2025Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
16.12.2025Vahid Ələkbərovun sərvətində 2 milyarddan çox itki
16.12.2025Ford 19,5 milyard dollarlıq zərərə düşəcək
16.12.2025İnşaat və tikinti sektoruna kredit qoyuluşu 1,8 milyard manatı keçib
16.12.2025AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
16.12.2025"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
16.12.2025"Avromed" 21,7 milyonluq sifariş aldı
16.12.2025Azərbaycan neftinin qiyməti ucuzlaşıb
16.12.2025