Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Redaktor

14.03.2025 16:23
274

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Son illərdə kriptovalyutaların sürətli inkişafı və populyarlığı onların ənənəvi maliyyə sisteminə təsiri ilə bağlı suallar doğurur. Bəziləri düşünür ki, bu hal gələcək illərdə bank sektorunu zəiflədə bilər, bəziləri isə bankların yeni şəraitə uyğunlaşaraq rəqəmsal transformasiya keçəcəyini düşünür. Kriptovalyutalar həqiqətən də bank sektorunu zəiflədə bilərmi? Kriptovalyutaların hüquqi tənzimlənməsi bank sektorunun gələcək inkişafına hansı formada təsir göstərə bilər?

Bank eksperti Əkrəm Həsənov Valyuta.az-a bildirdi ki, kriptovalyutalar bank sektoruna yox, dövlətlərə təsir edə bilər: “Kriptovalyutanın banklar üçün təhlükəsindən söhbət getmir. Banklar maliyyə buraxmır, dövlət pul buraxır. O mənada ki, valyutaları (dolları, avronu, manatı, rublu və s.) dövlətlər buraxır. Sırf Azərbaycan üzərindən danışsaq, kriptovalyuta sektorunun genişlənməsinin dövlət üçün təhlükəsi yoxdur. Azərbaycan bankı üçün isə fərqi yoxdur. O həmişə dollardan da, kriptovalyutadan da istifadə edir. Kriptolar da tamamilə özəl pullardır, dövlət pulları deyil”. 

İnsanlar fərqli yollar axtarırdı

Bank eksperti deyir ki, tarix boyu, əsrlər boyu dövlətlə cəmiyyət arasında “Pul nədir?” ətrafında həmişə mübarizə gedib: “Cəmiyyət istəyirdi ki, özü pulu müəyyən etsin. Dövlət də pul məsələsini inhisara almaq istəyirdi. Qədim zamanlarda hər bir dəyəri olan əmlakdan pul kimi istifadə edilib. Sonra yavaş-yavaş qızıl, gümüşlər daha rahat gəlməyə başlayıb. Zaman keçdikcə dövlətlər inhisara almaq üçün sikkələr buraxmağa başlayıb. Bəli, qızıl idi, amma dövlət özü buraxmağa başladı, damğası oldu. Bu, pul idi. Hər bir hökmdar özü üçün qızıl, gümüş pullar buraxırdı. Dövlət də ona görə inhisar istəyirdi ki az xərcləyib, çox qazansın, özü bu məsələni əlinə alsın. Tərkibi qızıl olan pulun tərkibindəki qızılı azaltmağa başladılar. Buna baxmayaraq, eyni tərkibli valyuta kimi baha satmağa başladılar. İnsanlar bu vəziyyətlə barışsa da, başqa yollar axtarmağa başladı. Bu yollar dövlətin inhisarına son qoyurdu”. 

Dövlətlər kriptovalyuta məsələsinə maraq göstərməyə başlayıb

Ə.Həsənov deyir ki, bankların kağız pul buraxmağa başladığı bir dövr olub: “15-16-cı əsrlərdə banklar pul buraxırdı. Kağız pullar özəl pullar idi. Dövləti bu narahat etməyə başladı və mərkəzi bankı təsis etdi (15-16-cı əsrdə İsveçdə, Böyük Britaniyada). Dövlət öhdəlik götürdü ki, təminatlı qızıl verəcək. Amma 20-ci əsrdə dövlətlər bundan da imtina etdi. Ona görə böyük müharibələr 20-ci əsrdə baş verdi. Çünki dövlətlər istədiyi qədər pul buraxırdı. Bu qaydalar bəzi dövrlər üçün dəyişdi. Amma qiymət artımına, inflyasiyaya gətirib çıxardı. Cibimizdəki pulun qiyməti sabah daha az ola bilir. Kriptovalyuta da buna cavabdır. Cəmiyyət, özəl sektor yeni bir pul forması icad edib. Dövlətlər bundan narahatdır. Tarix göstərir ki, dövlətlər bu məsələni də inhisara alacaqlar. Dövlətlər artıq bu məsələyə də maraq göstərməyə başlayıb. Bir müddətdən sonra yəqin ki, kriptovalyuta məsələsi bitəcək. Yəqin ki, sonra dövlət özü kriptovalyuta buraxacaq. Kriptovalyuta pul olacaq, amma dövlətin buraxdığı pul olacaq. Amma bank sistemi üçün bunun heç bir fərqi yoxdur”.

Sərvanə Rəmixanova

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®

15.12.2025

Məzənnə

Yüklənir...