İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Redaktor

29.11.2024 16:21
342

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Son zamanlar iş elanlarında belə bir məqama daha çox rast gəlinir: 25-35 yaş arasında işçi tələb olunur. Yəni, işəgötürənlər gənclərə daha çox üstünlük verirlər. Ona görə də 35-dən yuxarı  yaşda olanlar iş tapmaqda çətinlik çəkirlər. Halbuki, əvvəlki illərdə əsasən 50 yaşa qədər işçilər axtarılırdı. Amma qısa zamanda işçilər üçün yaş tələbi fərqi bu qədər böyüyüb.

Bəs, bunun səbəbi nədir?

Suala sosioloq Üzeyir Şəfiyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son zamanlar işəgötürənlər əsasən 25-35 yaşlı gənclərə daha çox üstünlük verməsinin bir sıra səbəbləri var:

“İşəgötürənlər ilk növbədə onu əsas gətirirlər ki, gənclər daha innovativ, daha kreativ, daha çevik və operativ olurlar. Hesab edirlər ki, belə şəxslərlə işləmək şirkəti, təşkilatı daha çox irəliyə apara bilər. Həm də rəqəmsal çağırışlara gənclər daha çox açıqdır.

Digər bir arqumentsə ondan ibarətdir ki, 35 yaşdan yuxarı olan əhali qrupunun ailə-məişət qayğıları çox olduğundan bütünlüklə işə köklənə bilmirlər. Guya ki, 35 yaşdan yuxarı olan işçilər həm fiziki, həm mənəvi cəhətdən elastik olmur. Baxmayaraq ki, yaşlı insanlar daha peşəkar və məsuliyyətli olur.

Üstəlik, 35 yaşdan yuxarı işçilər hüquqlarını daha çox tələb edirlər. Bəzi hallarda hətta təklif olunan əmək haqları ilə də razılaşmırlar. Ona görə də işəgötürənlər iş həyatına yeni atılan gənclərə daha çox üstünlük verirlər. Nəzərə alaq ki, gənclər bəzən maddiyyatdan daha çox perspektivi düşünürlər. Fikirləşirlər ki, özlərinə həyat yolu cızsınlar, uğurlu karyera qursunlar.

Bunun üçün də əmək haqqının miqdarı gənclər üçün önəmli olmur. Ona görə də işəgötürənlər az əmək haqqı ilə işləməyə razı olan gənclərə daha çox üstünlük verirlər”.

Müsahibimiz bu cür yanaşmaların doğru olmadığını qeyd edib:

“Əmək Məcəlləsində qeyd olunur ki, hansısa yaşa, cinsə və digər kriteriyalara görə işçilər arasında fərq qoymaq olmaz. Bu da qeyri-adekvat və hüquqazidd yanaşmadır. Əslində, şirkətlərə, təşkilatlara daha təcrübəli, daha peşəkar işçilər daha çox vayda verə bilər. Üstəlik, hər bir rəhbər şəxs varisliyi qoruyub saxlamalıdır. Belə olarsa, yaşlı nəsil öz təcrübələrini, orta nəsilsə öz imkanlarını gənc nəslə ötürər.

Eləcə də gənc nəslin operativliyi və kreativliyi orta və yaşlı nəslin işə münasibətinə müsbət təsir edə bilər. Nəticədə, əməkhaqqına görə gənclərə üstünlük verən şirkət və təşkilatlar hər 3 nəslin imkanlarından faydalanaraq daha böyük uğura imza ata bilər”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®

15.12.2025

Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu

15.12.2025

“Top Qapı" restoranı satışa çıxarılır

15.12.2025

Məzənnə

Yüklənir...