Redaktor
İnvestisiya şirkətinin 157 mindən çox vergi borcu var
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, tədbirin gündəliyinə bir sıra mühüm məsələlər daxil edilib.
Gündəliyə aşağıdakı mövzular daxildir:
1. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi.
2. Ünvan dəyişikliyi ilə əlaqədar müvafiq qurumlara müraciətin edilməsi və bu proses üçün səlahiyyətli şəxsin (etibarnamə verilən şəxsin) müəyyənləşdirilməsi.
3. Şirkətin 2026–2028-ci illəri əhatə edən Strateji İnkişaf Planının müzakirəsi.
4. 2026-cı il üzrə büdcə parametrlərinin nəzərdən keçirilməsi.
5. Cəmiyyətin cari və təşkilati məsələlərinin müzakirəsi.
Qeyd edək ki, şirkətin ümumi yığınacağı15 dekabr 2025-ci il tarixində həyata keçiriləcək.
Rəsmi məlumatlara əsasən şirkətin hazırda 157 min 717 manat vergi borcu mövcuddur.
“CPM-İnvest İnvestisiya Şirkəti” 27 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nəriman Hadiyev Sabir oğludur. Cəmiyyətin nizamnamə kapitalı 800 min manat təşkil edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026