InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib

Redaktor

05.12.2025 19:21
475

InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib ®

InvestAZ İnvestisiya Şirkəti 27 noyabr 2025-ci il tarixində Bakı Avrasiya Universitetində (BAAU) maliyyə bazarları və rəqəmsal aktivlərə həsr olunmuş seminar təşkil edib. Tədbir universitetin “Regionşünaslıq və iqtisadiyyat” fakültəsi və “İqtisadiyyat” kafedrası ilə birgə həyata keçirilib.

Seminarın əsas məqsədi tələbələrə kapital bazarlarının müasir dinamikası, qlobal maliyyə trendlərinin yerli bazara təsiri, rəqəmsal aktivlərin iqtisadi mahiyyəti və eniş dövrlərində tətbiq olunan investisiya strategiyalarının praktiki tərəflərini təqdim etmək olub. Tədbirdə iştirak edən tələbələrə həm nəzəri biliklər, həm də real bazar nümunələri əsasında tətbiqi yanaşmalar nümayiş etdirilib.

Seminarın əsas məruzəçisi InvestAZ-ın Tədris və Analitika Departamentinin baş mütəxəssisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Rövşən Məmmədov kapital bazarlarında qiymət dinamikasının formalaşma prinsipləri, müxtəlif bazar şəraitində investor davranışı, qısa satış strategiyalarının tətbiqi və risklərin idarə olunması mexanizmləri barədə geniş təqdimatla çıxış edib. Məruzədə həmçinin qlobal maliyyə tendensiyalarının yerli kapital bazarlarına inteqrasiyası, analitik təhlilin investisiya qərarlarında rolu və rəqəmsal alətlərin bazarda istifadəsi kimi mövzulara da toxunulub.

Seminarda maliyyə məsləhətçisi Rəşad Mustafayev tərəfindən Bitcoin və kriptovalyuta bazarının hazırkı vəziyyəti, rəqəmsal aktivlərin iqtisadi dəyəri, kriptovalyutaların investisiya portfellərində diversifikasiya baxımından rolu və bazarın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Tələbələr kriptovalyuta ekosistemi, blokçeyn texnologiyası və rəqəmsal aktivlərin qlobal maliyyə sistemində artan roluna dair müxtəlif suallar ünvanlayıblar.

Tədbir interaktiv şəkildə davam edib və iştirakçıların investisiya strategiyaları, bazar risklərinin proqnozlaşdırılması, rəqəmsal maliyyə alətlərinin tətbiqi, həmçinin qlobal kapital bazarlarında yeni trendlərlə bağlı sualları InvestAZ mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb. Seminar tələbələrə real bazar proseslərinin mahiyyətini anlamağa, analitik düşünmə bacarıqlarını inkişaf etdirməyə və maliyyə savadlılıqlarını artırmağa şərait yaradıb.

InvestAZ tərəfindən verilən məlumata görə, şirkət ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməyi, tələbələrin maliyyə bazarları üzrə bilik və bacarıqlarını gücləndirmək üçün maarifləndirici proqramları davam etdirməyi planlaşdırır. Şirkətin nümayəndələrinin sözlərinə görə, bu tip seminarlar gənclərin real iş mühiti ilə tanış olmasına, onların gələcək karyera inkişafına və əmək bazarında rəqabət qabiliyyətlərinin artmasına mühüm töhfə verir.

BAAU və InvestAZ arasında qurulan bu əməkdaşlıq modeli yüksək ixtisaslı kadrların hazırlanması, tələbələrin nəzəri biliklərini praktiki aspektlərlə tamamlaması və müasir maliyyə bazarlarına çıxış imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Məzənnə

Yüklənir...