Redaktor
İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır - Rəsmi
Son dövrlərdə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.
Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspertlər Modern.az-a bildiriblər ki, bunun əsas səbəbi ət istifadəsinin çox olmasıdır:
"Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir. İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub.
2025-ci il yanvarın 1-i vəziyyətinə donuzıların sayı 3 103 baş olub.
Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir.
Azalma eyni zamanda donuzların da sayında baş verib (ötən il 4 828 baş olub).
Qeyd edək ki, son vaxtlar Azərbaycanda ət bahalaşmağa daam edir. Hazırda mal ətinin qiyməti 15-16 manata satılır, qoyun ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025