Redaktor
İcra başçılarının milyonlar köçürdüyü sirli şirkət
Lənkəranda növbəti abadlıq işləri həyata keçiriləcək.
Bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilən növbəti tenderə yekun vurulub.
Valyuta.az xəbər verir ki, abadlıq işləri və binalarda təmir işlərinin satın alınması ilə bağlı elan edilən tenderin qalibi "M-House Construction" MMC seçilib.
Tərəflər arasında 1.4 milyon manatlıq müqavilənin bağlanması nəzərdə tutulur.
Açıq mənbələrdə "M-House Construction" MMC haqqında heç bir məlumata rast gəlinməsə də, şirkət satınalma müsabiqlərində fəal iştirak edir. Cari ildə toplamda 7 dəfə ümumi dəyəri 6 milyon manata yaxın tenderin qalibi elan edilib. Qeyd edilən dövrdə Yardımlı, Sumqayıt, Xaçmaz, Lerik və Bakı-Quba yolunun Sumqayıt şəhərinə aid hissəsində aparılacaq abadlıq işləri "M-House Construction" MMC-yə həvalə olunub.
Həmçinin MMC Ağcabədi Rayon İH, Ağdaş Rayon İH, Yevlax şəhər İH, Sabirabad Rayon İH, Şabran Rayon İH, Daşkəsən Rayon İH və Zərdab Rayon İH tərəfindən də müxtəlif tenderlərin qalibi elan edilib və həmin ərazilərdə müxtəlif təmir-bərpa işlərini həyata keçirib.
Təkcə ötən ay Yardımlı və Sumqayıt şəhərlərində abadlıq işlərinin aparılması üçün MMC 2 milyon manatdan çox vəsait əldə edib.
Həmçinin son 1 ildə Xaçmaz rayonunun abadlıq işləri ilə bağlı elan edilən və toplam dəyəri təxminən 3 milyon manat (2.933.818,98 AZN) olan 2 tenderin də qalibi seçilib.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, vergi borcu olan şirkətin tenderlərdə iştirakı qanunla qadağan edilsə də bu, "M-House Constrution" MMC üçün keçərli olmayıb. Şirkət sentyabr ayında Lerik Rayon İH-nin keçirdiyi tenderin qalibi olub və Lerik şəhərinin parklarında, küçə və səkilərində abadlıq işlərinin həyata keçirilməsi üçün 403.199,68 AZN vəsait əldə edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "M-House Construction" MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur. Nizamnamə kapitalı isə 10 manatdır.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"
03.03.2026Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb
03.03.2026İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
03.03.2026Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib
03.03.2026AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə
03.03.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®
03.03.2026Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar
03.03.2026İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb
03.03.2026Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026