Redaktor
Gələn il təhsil və elmə 5,2 milyard ayrılacaq
2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və yaxud 14,3 % çoxdur.
Valyuta.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 % artacaq. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb", - deyə o qeyd edib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026