Redaktor
"Foxconn"dan süni intellektə 3 milyardlıq investisiya
"Foxconn" süni intellektə ildə 3 milyard dollar yatıracaq.
Valyuta.az xəbər verir ki, dünyanın ən böyük kontrakt elektronika istehsalçısı "Foxconn" növbəti 3–5 ildə süni intellektə hər il 2-3 milyard dollar investisiya qoymağı planlaşdırır. Şirkətin sədri Yang Liu bildirib ki, AI xərcləri "Foxconn"un illik kapital qoyuluşunun yarısından çoxunu təşkil edəcək.
"Foxconn"un bulud və şəbəkə avadanlıqları bölməsi o cümlədən AI serverləri artıq son iki rübdür ki, istehlak elektronikasını geridə qoyaraq şirkətin əsas gəlir mənbəyinə çevrilib.
Liu həmçinin Çin elektrikli avtomobil bazarında kəskin rəqabət fonunda yaxın zamanda konsolidasiya gözləndiyini deyib. Onun sözlərinə görə, bazardakı çoxsaylı startaplar zərər edir və dövlət dəstəyi bütün şirkətləri qorumağa kifayət etmir.
Məlumata görə, "Foxconn" Yaponiya hökuməti ilə AI və EV investisiyaları üzrə danışıqlar aparır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026