Əvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi?

Redaktor

29.04.2025 12:50
208

Əvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi?

Qeyri-rezidentlərdən əldə edilmiş, satın alınmış xüsusi proqram təminatları (qeyri-maddi aktivlər) Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən 18% ƏDV-yə cəlb edildikdə, hesablanmış və büdcəyə ödənilmiş həmin ƏDV məbləği əvəzləşdirilmədikdə qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi?

"Valyuta.az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adıçəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi həmin maddəyə uyğun olaraq vergiyə cəlb edilir.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, əvəzləşdirmək hüququna malik olur. Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatının aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi, bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq, vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən sənəd elektron qaimə-fakturadır.

Sorğuya cavab olaraq bildirilib ki, əvəzləşdirilməyən ƏDV məbləği mal, iş və xidmətin dəyərini artırır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Məzənnə

Yüklənir...