Ən yaxşı kameralara sahib olan smartfonlar – 2024

Redaktor

26.02.2024 02:29
9,542

Ən yaxşı kameralara sahib olan smartfonlar – 2024

2024-cü ilin ən yaxşı kameralarına sahib smartfonlar açıqlanıb. Siyahının əksəriyyətini Çin telefonları təşkil edir.

Valyuta.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Texnologiya dünyası smartfon istifadəçilərinin ehtiyaclarını ödəmək üçün daim yeniliklər və irəliləyişlər təqdim edir. Xüsusilə son illərdə smartfon kameralarında irəliləyişlər foto və video çəkiliş təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Artıq istifadəçilər öz smartfonlarına təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də yüksək keyfiyyətli şəkillər çəkmək və paylaşmaq üçün üstünlük verirlər.

Smartfonlarda kameralar, linzalar və mobil cihazlar üçün görüntü keyfiyyətinin qiymətləndirilməsini həyata keçirən “DxOMark” təşkilatına görə, 2024-cü ildə ən yaxşı kameralara malik 10 smartfon aşağıdakılardır:

1.Huawei Mate 60 Pro+
“DxOMark”-a görə, 2024-cü ildə ən yaxşı kameraya malik smartfon “Huawei Mate 60 Pro+”-dur. 157 xal toplayan telefon bütün rəqiblərini geridə qoyaraq zirvəyə yüksəlib. Telefonun arxa tərəfində üçlü kamera qurğusu var: 40 MP (f/2.2) + 48 MP (f/3) + 48 MP (f/3).

2. Huawei P60 Pro
Çin smartfon istehsalçısı “Huawei” siyahıda ikinci yerdədir. 156 bal toplayan “Huawei P60 Pro” ən yaxşı kameraya sahib ikinci telefon olaraq siyahıdadır. Telefon 48 MP (f/1.4-f/4.0) + 13 MP (f/2.2) + 12 MP (f/2.4) üçlü kamera qurğusuna malikdir.

3. Apple iPhone 15 Pro Max
“Apple”-ın sentyabr ayında təqdim etdiyi iPhone 15 seriyasının ən güclü modeli olan “iPhone 15 Pro Max” ən yaxşı kameraya malik üçüncü telefon olub. 154 xal toplayan telefonun üçlü arxa kamerası 48 MP (f/1.78) + 12 MP (f/2.2) + 12 MP (f/1.78) təşkil edir.

4. Apple iPhone 15 Pro
“iPhone 15 Pro Max” modeli ilə eyni kamera quruluşuna sahib olan “iPhone 15 Pro” 154 xalla siyahıda 4-cü yerdədir.

5. Google Pixel 8 Pro
50 MP (f / 1.68) + 48 MP (f / 2.8) + 64 MP (f / 1.95) üçlü kamera quruluşuna sahib olan “Google Pixel 8 Pro” 153 xalla siyahıya daxil olmağı bacarıb.

6. Oppo Find X6 Pro 
50 MP (f / 1.8) + 50 MP (f / 2.2) + 50 MP (f / 2.6) üçlü kamera quraşdırmasına sahib olan “OPPO Find X6 Pro” da 153 xal toplayıb.

7.Honor Magic 5 Pro
Siyahıdakı digər Çin istehsalçısı “Honor”-un yuxarı seqmentli smartfon modeli “Magic 5 Pro”, “DxOMark” kamera testlərində 152 xal toplaya bildi. Telefonun arxasında 50 MP + 50 MP + 50 MP üçlü kamera qurğusu bizi qarşılayır.

8. Oppo Find X6
“OPPO Find X6” 50 MP + 50 MP + 50 MP üçlü kamera qurğusuna malikdir. Telefon testlərdə 150 xalla 8-ci yerdə qərarlaşıb.

9. Vivo X100 Pro
0 MP + 50 MP + 50 MP həlli ilə üçlü arxa kamera ilə satışa çıxan “Vivo X100 Pro” Çin şirkətinin ən yaxşı kamerasına sahib telefon kimi seçilir. Telefon kamera testlərində 150 xalla doqquzuncu yerdədir.


10. Huawei Mate 50 Pro
50 MP + 13 MP + 12 MP üçlü kamera quruluşuna sahib olan “Huawei Mate 50 Pro”, “XMAGE” təsvir texnologiyası ilə yüksək keyfiyyətli fotoşəkillər çəkə bilir. 149 xal toplayan telefon, ən yaxşı kameraya malik smartfonlar siyahısında ilk 10-luğu tamamlayır.

Siyahıdakı digər smartfonlar aşağıdakılardır:
11. Google Pixel 8 - 148 puan
12. Google Pixel 7 Pro - 147 puan
13. Honor Magic 4 Ultimate - 147 puan
14. iPhone 14 Pro Max - 146 puan
15. iPhone 14 Pro - 146 puan
16. iPhone 15 - 145 puan
17. iPhone 15 Plus - 145 puan
18. Samsung Galaxy S24 Ultra - 144 puan
19. Huawei P50 Pro - 143 puan
20. iPhone 13 Pro Max - 141 puan

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana yırtıcı quşlar gətirilib

01.04.2026

Qızıl yenidən bahalaşdı

01.04.2026

Azərbaycan neftinin qiymətində yeni rekord - 132 dolları keçdi

01.04.2026

24 ildir gəlirinin bir hissəsini xeyriyyəyə ayırır - Restoran sahibinin hekayəsi - Müsahibə

01.04.2026

Süni intellekt Azərbaycanda layihə idarəetməsinin qaydalarını yenidən yazır

01.04.2026

Avro və rubl bahalaşır

01.04.2026

Almaniyada benzinin qiyməti son dörd ilin maksimumuna çatıb

01.04.2026

"Çirkin" adlandırılan "Crocs" necə trendə çevrildi? - SƏHƏR OXUSU

01.04.2026

2024-cü ildən bəri ilk dəfə: Bu metalın qiyməti kəskin artdı

31.03.2026

Uorren Baffetin 4 ən böyük xərcləməsi

31.03.2026

Azərbaycanın təhsil nailiyyətləri UNESCO-nun hesabatında yer aldı

31.03.2026

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında QALMAQAL - VİDEO

31.03.2026

Dəmirin gücü litiuma qarşı: Dünyanın ən böyük "paslı batareya" layihəsi gəlir

31.03.2026

Süni intellektin gizli düşməni: Ofislərdə işsizlik qorxusu böyüyür

31.03.2026

Ultra varlılara məxsus 6 lüks avtomobil

31.03.2026

Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu

31.03.2026

Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?

31.03.2026

Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq

31.03.2026

Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?

31.03.2026

Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO

31.03.2026

Məzənnə

Yüklənir...