Embarqoya qarşı daxili həll: Çin çip istehsalında mümkün olmayanı bacarır

Redaktor

22.12.2025 22:23
74

Embarqoya qarşı daxili həll: Çin çip istehsalında mümkün olmayanı bacarır

ABŞ-ın strateji üstünlük olaraq istifadə etdiyi istehsal maşınlarına qarşı Çin öz “qara qutusu"nu inkişaf etdirib. Tamamilə yerli imkanlarla istehsal olunacaq çiplərin ilk mərhələsi olan bu prototip, texnologiya dünyasında balansı dəyişərkən Vaşinqtonun təchizat zənciri üzərindəki nəzarətini də təhdid edir.

Valyuta.az xəbər verir ki, qlobal texnologiya dünyasında balansı kökündən dəyişə biləcək bir yenilik, Şenzendən gələn xəbərlərlə diqqət çəkib. Çinli alimlərin, süni intellekt sistemlərinə güc verəcək inkişaf etmiş yarımkeçirici çiplərin istehsalı üçün kritik əhəmiyyət kəsb edən bir maşın prototipi hazırladığı bildirilir. “Ekstremal ultrabənövşəyi litografi” (EUV) adlanan bu texnologiya, çiplərin üzərinə mikroskopik dövrələr çəkmək üçün istifadə olunur və hazırda dünyada bu səviyyədə istehsalın yeganə yolu kimi qiymətləndirilir.

"Reuters"in əldə etdiyi məlumatlara görə, layihənin arxasında Niderland şirkəti ASML-in keçmiş mühəndisləri dayanır. İl əvvəl tamamlanan prototip hazırda sınaq mərhələsindədir. Çin 2028-ci ilə qədər öz EUV çiplərini kütləvi istehsala keçirməyi hədəfləyir. Bəzi ekspertlər bu təqvimin 2030-a qədər uzana biləcəyini düşünür, lakin indiki irəliləyiş, qərb analitiklərinin gözlədiyindən daha sürətli bir tempi göstərir.

EUV texnologiyası, bu gün "Intel" və TSMC kimi nəhənglərin istehsal etdiyi ən güclü çiplərin mərkəzində dayanır. İndiyədək bu texnologiya ABŞ və müttəfiqləri tərəfindən strateji üstünlük kimi istifadə edilərək Çinin əlçatanlığını məhdudlaşdırmışdı. Lakin prototip hələ çip istehsal etməsə də, istehsal üçün lazım olan ekstremal ultrabənövşəyi işığı yaratmağı bacarması texniki maneələrin tədricən aradan qaldırıldığını göstərir.

Çin dövlət başçısı Si Szinpin yarımkeçirici istehsalını ölkənin ən böyük prioritetlərindən biri elan edib. Məlumata yaxın mənbələr bildirir ki, əsas məqsəd tamamilə Çin istehsalı maşınlarla yüksək səviyyəli çiplər hazırlamaqdır. Əgər bu proses uğurla tamamlanarsa, Çin ABŞ təsirini təchizat zəncirindən tamamilə çıxarmağı və texnoloji embarqolara qarşı öz müdafiə qalasını qurmağı hədəfləyir. Bu isə qlobal texnologiya bazarında Amerikan hakimiyyətinin yerini yeni güc balansına buraxması demək ola bilər.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Embarqoya qarşı daxili həll: Çin çip istehsalında mümkün olmayanı bacarır

22.12.2025

Gələcəyin ən etibarlı peşələri: Süni intellekt onlara qalib gələ bilməyəcək

22.12.2025

Azərbaycanda elan olunmuş illərin siyahısı

22.12.2025

Azərbaycanda siqaretlər bahalaşır: Yeni ildən qiymətlər artırılacaq

22.12.2025

Bu xəstəxananın direktor müavini işdən çıxarıldı

22.12.2025

Gizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI

22.12.2025

"OpenAI" "ChatGPT"nin ünsiyyət üslubunu fərdiləşdirilə bilən etdi

22.12.2025

Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi

22.12.2025

İndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası

22.12.2025

Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes

22.12.2025

“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub

22.12.2025

Dövlət Xidmətində iki yeni təyinat

22.12.2025

Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb

22.12.2025

"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq

22.12.2025

Direktor müavini təyin edildilər

22.12.2025

Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar

22.12.2025

İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı

22.12.2025
Şirkətlər niyə işçi götürməyəcəkləri halda vakansiya elanları paylaşırlar?

Şirkətlər niyə işçi götürməyəcəkləri halda vakansiya elanları paylaşırlar?

22.12.2025

"Binance" yeni kriptovalyutanı siyahıya salır

22.12.2025

Azərbaycanda bu şəxslərə vergi güzəşti tətbiq ediləcək - RƏSMİ

22.12.2025

Məzənnə

Yüklənir...