Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə imtahan keçiriləcək

Redaktor

21.11.2025 13:40
269

Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 23-də Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.

Valyuta.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda 197 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İddiaçılar imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isә yazılı tapşırıqların yerinә yetirilmәsinә (esse və vizual mәlumatın yazılı tәsviri üçün) ayrılır. Test və yazı bloku arasında 15 dəqiqə fasilə verilir.

İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd olunub ki, imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan noyabrın 24-də keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq. Bu imtahanda iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 1-də keçiriləcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var

12.03.2026

İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil

12.03.2026

İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

12.03.2026

“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq

12.03.2026

Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb

12.03.2026

Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb

12.03.2026

Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"

12.03.2026

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®

12.03.2026

zypl.ai 2 milyon dollar investisiya cəlb edib

12.03.2026

Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi

12.03.2026

İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir

12.03.2026
"Dünya təcrübəsində rəhbər vəzifələrə təyinat zamanı "staj" əsas götürülmür"

"Dünya təcrübəsində rəhbər vəzifələrə təyinat zamanı "staj" əsas götürülmür"

12.03.2026

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir

12.03.2026

Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək

12.03.2026

60 manatlıq şirkətə 3 milyonluq sifariş verildi

12.03.2026

Neftimizin qiyməti 5%-dən çox bahalaşıb

12.03.2026

Yalnız varlıların bildiyi 7 lüks brend - FOTOLAR

12.03.2026

Bu il Bakıda ən çox investisiya cəlb edən 3 startap

12.03.2026

Türk lirəsi dəyər itirir

12.03.2026

Şirkətlər niyə işdən çıxmaq istəyən işçinin maaşını artırırlar?

12.03.2026

Məzənnə

Yüklənir...