Redaktor
Bu startap 96 milyonluq investisiya qazandı
ABŞ mərkəzli nüvə texnologiyaları startapı "Antares" B seriyası investisiya raundunda 96 milyon dollar vəsait topladığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, investisiyanın 71 milyon dolları kapital, 25 milyon dolları isə borc maliyyələşməsi formasında təmin olunub.
"Antares" aldığı bu vəsaiti mikroreaktor texnologiyasının inkişafı, prototip istehsalı və 2027-ci ildə tam gücü ilə işləyəcək reaktorun istifadəyə verilməsi üçün xərcləyəcək.
2023-cü ildə Jordan Bramble və Julia Dewahl tərəfindən qurulan şirkət kiçik modulyar nüvə reaktorları hazırlayır. Antares-in R1 mikroreaktoru 100 kVt – 1 MVt arasında elektrik enerjisi istehsal edə bilir və quru, dəniz, hətta kosmik mühitlərdə istifadə üçün nəzərdə tutulur.
Antares hazırda ABŞ Enerji Nazirliyi tərəfindən dəstəklənən proqramda iştirak edir və 2026-cı ildə prototipi sınaqdan keçirməyi, 2027-ci ildə isə tam istismara başlamağı planlaşdırır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026