Bu şəxslərin pensiyasına əlavələr ediləcək

Redaktor

22.04.2025 14:42
160

Bu şəxslərin pensiyasına əlavələr ediləcək

Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər.

Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır?

Valyuta.az xəbər verir ki, deputat Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.

O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah edib:

“Qanunvericiliyə əsasən, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə olunur”.

Millət vəkili məsələnin izahına uyğun nümunə də verib:

“Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir.

Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən  vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Naxçıvanda 3 dövlət qurumu birləşdi

17.12.2025

Bakıda şadlıq sarayında camış əti dana əti adı ilə təqdim edilib

17.12.2025

Azərbaycanda bu şəxslərə pulsuz avtomobillər veriləcək 

17.12.2025

"Mercedes" zavodunda zirehli maşınlar istehsal olunacaq

17.12.2025

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər azalıb

17.12.2025

Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi

17.12.2025

İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?

17.12.2025

Bir Bonus lotereyasının qalibləri bəlli oldu ®

17.12.2025

Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam

17.12.2025

Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir

17.12.2025

"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür

17.12.2025

“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir

17.12.2025

DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib

17.12.2025

Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək

17.12.2025
Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?

Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?

17.12.2025

Bakı limanında 3 milyonu aradan çıxardılar

17.12.2025

Azərbaycanın bu rayonlarında neft axtarılacaq

17.12.2025

Siqaret qaçaqmalçılığı: Gəmi kapitanı və daha iki nəfər həbs edildi

17.12.2025

Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib

17.12.2025

Bu il Azərbaycanda 1400-dən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib

17.12.2025

Məzənnə

Yüklənir...