Bu il daha çox şagird tələbə olacaq – Qəbul balları qalxacaq?

Redaktor

14.01.2025 01:35
632

Bu il daha çox şagird tələbə olacaq – Qəbul balları qalxacaq?

Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə deyib ki, bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılıb. O bildirib ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə, qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb.

Bizdə qəbul mexanizminin asanlaşdırılması, lakin universitetlərdə təhsil və diplom almaq prosesi bəzi xarici ölkələrdəki kimi çətinləşdirilə bilər? Bundan başqa, plan yerlərinin sayının artırılmasının builki qəbul imtahanlarında ballara təsirini əvvəldən proqnozlaşdırmaq olarmı?

Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri ölkəmizdə yaxın 10 ildə qəbul prosedurunun dəyişdirilməsini, xarici ölkələrdə olduğu kimi universitetlərə qəbul mexanizminin asanlaşmasının əvəzində təhsilin və universiteti bitirməyin çətinləşə biləcəyini düşünmür:

“Yaxın 10 ildə universitetlərə qəbul mexanizmləri hazırda olduğu şəkildə təşkil olunacaq. Ola bilər ki, sualların məzmununda, formatında dəyişiklik olsun. Məsələn, qapalı suallar azaldılsa, artıq şagird test tipli suallardan xilas ola bilər. Daha çox məntiqi təfəkkürə yönəlik olan situasiya və açıq tipli suallarla sınana bilər. Bundan başqa, xarici təcrübədə olan sual nümunələri tapşırıqlara əlavə oluna bilər. Belə ki, bu il 9-cu sinifin buraxılış imtahanlarına ingilis dili fənni üzrə şəkilli esse əlavə olunacaq. Gələcəkdə bu cür nümunələrin sayı artacaq. Amma köklü şəkildə mexanizmin özünün dəyişilməsini gözləmirəm”.

Plan yerlərinin sayının artırılmasının builki qəbul imtahanları zamanı keçid ballarına təsirləri haqqında danışan Elmin Nuri bildirib ki, artım sayı o qədər də olmadığına görə, ümumi mənzərənin ötənilkindən fərqli olacağını deyə bilmərik:

“Tələsməməliyik, çünki keçid ballarının dəyişib-dəyişməyəcəyini, imtahan və ixtisas seçimi zamanı rəqabətin necə olacağını və s. ümumi prinsipləri hələ proqnozlaşdıra bilmərik. Bunun üçün buraxılış imtahanlarının nəticələrini gözləməliyik. Buraxılış imtahanları martın 2-si və 9-u arasında keçiriləcək. İmtahan keçiriləndən, nəticələr açıqlanandan və Dövlət İmtahan Mərkəzi tərəfindən statistikalar elan olunandan sonra, bütün bu göstəricilər əsasında biz builki rəqabətlilik mühitini dəyərləndirə bilərik. Amma indiki məqamda deyə bilərik ki, sayın 1000 nəfər civarında artması keçid ballarında çox ciddi artımın olmayacağına işarədir. 250-300 bal aralığında nəticə göstərənlərin sayı çox olsa, plan yerləri 80000-ə qədər qaldırılsa, keçid ballarında artımın ola biləcəyinə inanarıq. Ona görə də indiki halda isə durumun ötən ilkindən o qədər də fərqli olmayacağını düşünə bilərik”.

Davud

Bu il daha çox şagird tələbə olacaq – Qəbul balları qalxacaq?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

Məzənnə

Yüklənir...