Redaktor
Banklarda 1 ildə 11 min dollardan artıq valyuta dəyişmək qadağandır?
Banklarda 11 min ABŞ dollarından artıq məbləğdə valyutanın dəyişdirilməsinin mümkün olmadığı ilə bağlı fikirlər səsləndirilir. Bu məsələ nə qədər realdır?
Məsələ ilə bağlı yaranan qeyri-müəyyənliyi aydınlaşdırmaq məqsədilə Valyuta.az Azərbaycan Mərkəzi Bankına rəsmi sorğu ünvanlayıb.
Mərkəzi Bankdan verilən rəsmi cavabda bildirilir ki, fiziki şəxslərin banklarla apardıqları nağd valyuta mübadiləsi əməliyyatlarının həcminə dair hüquqi məhdudiyyət nəzərdə tutulmayıb.
Fiziki şəxslərin banklar vasitəsilə valyuta dəyişmə əməliyyatları Mərkəzi Bankın təsdiqlədiyi “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” ilə tənzimlənir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər üçün isə ayrıca normativ sənədlər mövcuddur.
Qurumun izahatına əsasən, həm banklar, həm də valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət proqramlarına malik olmalı, qanunvericiliklə müəyyən olunmuş minimum tələblərə riayət etməlidirlər.
Mövcud qaydalara görə, son bir il ərzində 20 000 manat və ya ona ekvivalent məbləğdən artıq valyuta əməliyyatı aparan fiziki şəxslərlə bağlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunmalıdır. Həmçinin, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bir müştəri ilə aparılan gündəlik əməliyyatın həcmi 20 000 manatı keçməməlidir.
Bu tələblər hüquqi qadağa deyil, maliyyə monitorinqi və risklərin idarə olunması məqsədilə tətbiq edilən nəzarət mexanizmləridir.
Valyuta.az-ın əlaqə saxladığı bir sıra banklar tərəfindən təqdim edilən məlumata əsasən, valyuta mübadiləsi zamanı əməliyyatın məbləği bəzi hallarda 11 000, bəzi hallarda isə 11 500 ABŞ dollarını keçdikdə, müştəridən vəsaitin mənbəyini təsdiq edən sənədin təqdim edilməsi tələb olunur. Ümumilikdə, bu tələblər valyuta dəyişmə əməliyyatının 11 000 ABŞ dollarından artıq olduğu hallarda tətbiq edilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqamsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026