Redaktor
Banklar yüksək maaşlı müştərilərə niyə bəzən az kredit verir?
Banklar bəzən yüksək maaşı olan şəxs kredit müraciəti etdikdə ona yüksək məbləğli kredit vermirlər. Müraciət edən şəxsin gözlədiyindən çox az məbləğdə kredit təklif edirlər. Yüksək məbləğdə kredit almaq üçün kredit tarixçəsi necə formalaşdırılmalı və hansı amillər buna mane olur?
“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, bu halın əsas səbəbləri şəxsin üzərindəki öhdəliklərin çoxluğu və ya kredit tarixçəsindəki gecikmələr ola bilər:
“Normalda kredit tarixçəsi müsbətdirsə və öhdəliklər azdırsa, əməkhaqqı artdıqca verilən kredit məbləği də artır. Yəni, maaş və kredit arasında birbaşa proporsional əlaqə var.
Digər vacib məqam isə, "borcun gəlirə nisbəti" əmsalıdır. Bu əmsal Mərkəzi Bank tərəfindən müəyyən edilir və hər bir kredit müraciətində banklar müştərinin aylıq gəlirlərini və mövcud öhdəliklərini bu əmsala əsasən qiymətləndirirlər. Əgər aylıq öhdəliklər gəlirlə müqayisədə yüksəkdirsə, bu halda bank yüksək məbləğli kredit təklif etmir”.

Ekspert vurğulayıb ki, kredit tarixçəsində gecikmə olmaması da çox önəmlidir:
“Kredit alan şəxslər “Azərbaycan Kredit Bürosu”ndan məlumat almaq üçün ərizəyə qol çəkirlər və bank həmin şəxsin keçmiş ödəmə davranışlarını yoxlayır. Əgər şəxs kreditlərini vaxtında ödəyibsə və qrafikdən kənara çıxmayıbsa, bu müsbət kredit tarixçəsi sayılır və gələcəkdə daha əlverişli şərtlərlə kredit almaq imkanı yaradır.
Əgər kredit alınmırsa, səbəb ya zəif kredit tarixçəsi, ya da mövcud kreditlərin aylıq ödənişlərinin çoxluğu ola bilər. Bu da borcun gəlirə nisbətini artırır və bankın riskini yüksəldir. Borcun gəlirə nisbəti əmsalını hesablayanda şəxsin aylıq ödənişi, aylıq kredit ödəmə imkanı zəif görünür. Ona görə banklar tərəfindən bu iri məbləğdə kredit alına bilmir”.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025