Redaktor
Bakı-Sumqayıt ikinci magistral yolu tikiləcək
Bakı şəhərinin ən ciddi problemi avtomobillərin yaratdığı tıxaclardır. Ən böyük tıxac isə özünü Bakı-Sumqayıt istiqamətində göstərir və sıxlıq saatlarla davam edir. Mütəxəssislər deyirlər ki, problemdən çıxış yollarından biri Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsidir.
Hökumət hazırda bu məsələni nəzərdən keçirir. Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsi hökumətin prioritet tədbir kimi nəzərdə tutduğu məsələlərdən biridir. Bununla nəqliyyat sahəsindəki sıxlığın azalacağı proqnozlaşdırılır.
Hökumətdə hesab edirlər ki, Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxışı yaradılacaq.
Qeyd edilən məsələ Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlər siyahısına daxildir.
“Vahid Fəaliyyət Planı”nda “Bakı-Sumqayıt” yeni magistral yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulub.
©modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025