Redaktor
Azərbaycanlı xərçənglə bağlı tədqiqatına görə - 200 min dollar qazandı
Bakı Avropa Liseyinin 2009-cu il məzunu Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə “NRC HL Holmes” mükafatına layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, iki ildən bir verilən 200 000 ABŞ dolları məbləğində olan mükafat doktor D.Şeyxkərimliyə iki il ərzində insan viruslarının xarici təbəqələrini əhatə edən bütün mövcud zülalların toxuma spesifikliyini xəritələndirmək və onların orqanizmdəki yerini izləmək üçün işlərini davam etdirməyə imkan verəcək.
D. Şeyxkərimli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2014-cü illərdə Toronto Universitetində molekulyar genetika və biotexnologiya ixtisasları üzrə bakalavr və maqistr dərəcəsi alıb. “Sony Tədqiqat Mükafatı”, MITACS təqaüdü kimi mükafatlar və Osakadakı İnsan Metavers Təbabəti Əsaslı Tədqiqat İnstitutunda (PRIMe) beyin əlaqələrinin xəritələndirilməsi üçün genetik ştrix-kodların işlənib hazırlanması üzrə təqaüd də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb.
Dayaq Şeyxkərimli bu tədqiqatı Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) aparacaq. O, 2024-cü ilin aprel ayından etibarən həmin məktəbdə doktorantura sonrası (“post-doc”) elmi işçi kimi SBME professoru və Sintetik Biologiya üzrə Kanada Tədqiqatları kafedrasının rəhbəri doktor Nozomu Yachinin laboratoriyasında çalışır.
Şeyxkərimli molekulyar genetika üzrə doktorluq dissertasiyasını doktor Frederik Rothun rəhbərliyi altında müdafiə edib. Dissertasiya müddətində o, virus və insan zülalları arasında da daxil olmaqla, milyonlarla cüt zülalın qarşılıqlı təsirlərini xəritələndirmək üçün texnologiya hazırlayıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBritaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər
12.03.2026ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır
11.03.2026Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq
11.03.2026"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər
11.03.2026“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”
11.03.2026Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı
11.03.2026Ən çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026