Redaktor
Azərbaycan elektromobil alışını 30 faizdən çox azaldıb - Qiymətlər yüksəlib
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 6 milyon 588 min dollar dəyərində 139 ədəd elektromobil idxal edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 100 ədəd və ya 41,8%, dəyəri isə 3 milyon 75 min dollar və ya 31,8% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında ölkəyə 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromobil gətirilib.
Buna baxmayaraq, idxal edilən elektromobillərin orta idxal qiyməti artıb. Bu ilin ilk ayında bir elektromobilin orta idxal dəyəri 47 min 397 dollar (80 min 574 manat) təşkil edib. Ötən ilin yanvar ayında isə bu rəqəm 40 min 433 dollar (68 min 736 manat) idi.
Beləliklə, illik müqayisədə orta qiymətdə 6 min 964 dollar (11 min 839 manat) və ya 17,2% artım müşahidə olunub.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026