Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur

Redaktor

23.12.2025 17:42
61

Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur

Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur.

Belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Səhyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edib.

    Rəşad Mahmudov deyib ki, bir həkimin, mühəndisin və ya xüsusi texniki bilik tələb edən mütəxəssisin hazırlanması illər, bəzən onilliklər tələb edir: “Bu cür kadrların uzun müddət peşə fəaliyyətindən tam ayrılması nə dövlət üçün səmərəlidir, nə də xidmətin mahiyyətinə uyğundur. Təklif etdiyim yanaşmanın əsas fəlsəfəsi ondan ibarətdir ki, hərbi xidmət anlayışı peşədən uzaqlaşma yox, peşə üzərindən xidmət formasına çevrilsin. Yəni həkim orduda həkim kimi, texniki mütəxəssis öz ixtisası üzrə, dövlətə real fayda verərək xidmət etsin. Bu model beynəlxalq praktikaya tam uyğundur. Qardaş Türkiyə başda olmaqla bir sıra ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkil olunur. Bu, nə güzəşt, nə də istisnadır – bu, ağıllı dövlət idarəçiliyidir. Təəssüf ki, son illər tibbi təhsili başa vuran gənclərin müəyyən hissəsinin ölkədən kənarda qalmağa üstünlük verməsinin şahidi oluruq. Bunun səbəbləri müxtəlifdir, amma etiraf etməliyik ki, uzun və peşədən tam ayıran hərbi mükəlləfiyyət də bu qərarlara təsir edən amillərdən biridir”.

    Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib ki, spiker tapşırıq verərsə, bu məsələni aidiyyəti qurumlarla müzakirə edərlər.

    ©Apa.az

    Növbəti xəbər yüklənir...

    Xəbər lenti

    Bütün xəbərlər

    İran bu ölkəyə qaz tədarükünü dayandırdı

    23.12.2025

    Fərid Əhmədov yeni rəis müavini təyin etdi

    23.12.2025

    Türkiyədə minimal əməkhaqqı artırıldı

    23.12.2025

    Dollar simvolunun maraqlı mənşəyi və qlobal təsiri

    23.12.2025

    Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi  - FOTOLAR

    23.12.2025

    Teleqramın Rusiyada nə vaxt bloklanacağı açıqlandı

    23.12.2025

    Robert Kiyosaki: “Uduzanlar pullarını məhz belə xərcləyir”

    23.12.2025

    "Paramount" 40 milyard dollarlıq Ellison zəmanəti ilə təklifini yeniləyib

    23.12.2025

    Elmar Baxşıyev istefaya göndərildi

    23.12.2025

    Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək

    23.12.2025

    Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur

    23.12.2025

    Azərbaycan və Türkiyə 150 milyonluq Müstəqil Dövlətlər Birliyi məkanında gömrük rüsumu olmadan ticarət aparmaq imkanına malikdirlər

    23.12.2025

    "Pepsi"nin uğur hekayəsi: Bir içki brendi bazarda necə populyarlaşdı və qlobal imperiyaya çevrildi

    23.12.2025

    Elşad Abdullayevə hökm oxunub

    23.12.2025

    Burhan Özdemir: "Bu gün məsələ yalnız iqtisadi uğur deyil"

    23.12.2025

    Azərbaycan şirkətləri Türkiyəyə 21 milyard dollar yatırım ediblər

    23.12.2025

    Komitə sədri Tofiq Bəhramovun nəvəsinin yerinə onu gətirdi

    23.12.2025

    Ruslan Eyyubov həbs edilib - Bu maddələrlə ittiham olunur

    23.12.2025

    “Unibank”da yeni TƏYİNAT

    23.12.2025

    İcarə qiymətlərinin artması biznes sahibləri üçün çətinlik yaradıb

    23.12.2025

    Məzənnə

    Yüklənir...