Redaktor
Azərbaycan və Türkiyə 150 milyonluq Müstəqil Dövlətlər Birliyi məkanında gömrük rüsumu olmadan ticarət aparmaq imkanına malikdirlər
SOCAR Türkiyənin neft-kimya sektorunda ən mühüm oyunçulardan biridir və ölkə iqtisadiyyatına ciddi töhfə verir. SOCAR-ın iştirakı ilə Türkiyənin emal olunmuş neft istehsalının azı 25 faizi təmin olunur. SOCAR və STAR zavodu Türkiyə iqtisadiyyatına illik 1,2 milyard dollar həcmində ixrac gəliri qazandırır.
Valyuta.az xəbər verir ki, bu fikirləri “MÜSİAD Azərbaycan” İctimai Birliyinin V Ümumi Yığınacağında çıxışı zamanı Türkiyə Respublikasının ticarət naziri Ömər Polad bildirib.
Nazir bildirib ki, bu günədək Türkiyə şirkətləri Azərbaycana ümumilikdə 18 milyard dollarlıq investisiya yatırıb. Eyni zamanda, Azərbaycan və Türkiyə sahibkarları 150 milyonluq Müstəqil Dövlətlər Birliyi məkanında gömrük rüsumu olmadan ticarət aparmaq imkanına malikdirlər.
Ömər Bolat vurğulayıb ki, Zəngəzur dəhlizinin tamamlanması ilə tarixdə gözlənilən mühüm bir mərhələ reallaşacaq: "Bu dəhliz Orta Asiya və türk dünyasını Uzaq Şərqə fasiləsiz quru yolu ilə bağlayan strateji nəqliyyat bağlantısını təmin edəcək".