Redaktor
Azərbaycanda aviabiletlər ucuzlaşır - VİDEO
Aviabiletlərin qiymətləri ucuzlaşır.
Valyuta.az xəbər verir ki, ekspertlər deyirlər ki, ötən illərlə müqayisədə azərbaycanlıların ən çox səyahət etdikləri istiqamətlərdə bilet qiymətlərində ciddi ucuzlaşma var.
Bəzi istiqamətlər üzrə hətta 50 %-ə qədər ucuzlaşma müşahidə olunur.
Qiymətlərin enməsinin əsas səbəblərindən biri reyslərin artırılması və mütəmadi olmasıdır.
Ekspert Rəhman Quliyev deyir ki, əgər pandemiyadan öncə Bakıdan İstanbulun bir hava limanına 7-8 reys həyata keçirilirdisə, indi bu say 12-yə qədər artıb. Ucuzlaşma daha çox Türkiyə və Gürcüstan istiqamətlərində müşahidə edilir.
Reyslərin artması qiymətlərin enməsi ilə yanaşı, turist mübadiləsini də sürətləndirib. Rəhman Quliyevin sözlərinə görə, AZAL-ın bu qiymət siyasətinə digər şirkətlər də özlərini uyğunlaşdırırlar.
Ekspertin sözlərinə görə, ucuzlaşma kampaniya xarakterli deyil və uzun müddətdir davam edir.
Qeyd edilir ki, aviaşirkətlərin satış siyasətinə əsasən biletlər siniflərə bölünür və satıldıqca üst kateqoriyalarda bahalaşma müşahidə edilə bilər.
Artıq uçuşlar pandemiyadan əvvəlki səviyyəyə qalxmış hesab edilir.
Ekspertin fikrincə, buna görə də, xüsusilə yay aylarında aviabilet qiymətlərində ciddi bahalaşmanın müşahidə edilməsi ehtimalı aşağıdır. (Xezerxeber.az)
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025