Redaktor
Azərbaycan Respublikasında tətbiq edilən vergilər - Gəlir, istehlak, aksiz, yol...
Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödəniş vergi adlanır.
Vergilərdən qazanılan vəsaitlərin dövlətlər üçün müxtəlif funksiyaları olub. Bu əldə edilən vəsaitlər dövlətin nəzarətində olan müxtəlif sahələrə xərclənib.
Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Bundan əlavə təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat sahələrinə ayrılan vəsaitlərdən vergilər hesabına maliyyələşib.
Azərbaycan vergi sistemində də tətbiq edilən müxtəlif vergi növləri var. Bu vergilər dövlət büdcəsində toplanaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbinə uyğun olaraq istifadə olunur.
Azərbaycan Respublikasının müasir vergi sistemi müstəqillik illərində formalaşıb. 2001-ci ilin yanvarın 1-dən isə ölkədə Azərbaycan Respublikasının Vergi Məcəlləsi tətbiq edilir. Bu məcəllə ilə mövcud normativ hüquqi aktlar sistemləşdirilərək vahid kodeks şəklində birləşdirildi. Azərbaycanda tətbiq edilən müxtəlif vergi növləri var.
Valyuta.az Azərbaycan Respublikasının vergi sistemində tətbiq edilən vergi növlərini təqdim edir.
Vergilər Məcəlləsinin tələbinə uyğun olaraq vergitutmanın 3 növü var:
- Gəlir
- İstehlak(xərc)
- Sərvət
Gəlirlər üzərindən alınan vergi növləri aşağıdakı kimi formalaşır:
- Fiziki şəxslərin vergisi
- Hüquqi şəxslərin vergisi
- Sadələşdirilmiş vergi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində istehsal etdiyimiz mal və xidmətlərə görə də vergilər formalaşıb. Bunlar isə
- Əlavə dəyər vergisi (ƏDV)
- Aksiz vergisi
- Yol vergisi
- Mədən vergisidir.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026