Redaktor
Azərbaycan 10 ayda tütün ixracını 3,5 dəfə artırıb
Azərbaycandan xarici bazarlara tütün xammalı ixracı artır. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən 6,969 min ton tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artıqdır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, ixrac olunan tütün xammalının ümumi dəyəri 21,5 milyon dollar təşkil edib. Bu rəqəm isə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,1 dəfə artıqdır.
Qeyd olunub ki, ölkəmizdə tütün becərilməsi dövlət tərəfindən dəstəklənir, bu sahənin inkişafına subsidiyalar ayrılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə becərilən və tədarük məntəqələrinə təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə fermerə 36 manat vəsait ödəniləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilib təhvil verilən Vircinya sortu tütünün hər tonuna görə isə fermerə 34 manat məhsul subsidiyası ödənilməsi nəzərdə tutulur. Növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş və təmin olunmamış sahələrdə becərilib təhvil verilən quru tütünün hər tonuna görə isə fermerə analoji olaraq 220 və 200 manat məhsul subsidiyası veriləcək. Yaş tütünə görə analoji olaraq 22 (müasir suvarma) və 20 manat (adi suvarma) məhsul subsidiyasının verilməsi nəzərdə tutulub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025