Redaktor
Avropada ən çox şişirdilmiş 10 məşhur məkan açıqlandı
Avropada turistləri maqnit kimi cəlb edən müəyyən məşhur görməli yerlər mövcuddur. Lakin nəticədə səyahətçilər bu məkanları ziyarət etdikdən sonra tez-tez aldadılmış və məyus olduqlarını bildirirlər.
Valyuta.az-ın məlumatına görə, Britaniyanın “The Telegraph” nəşrində dərc olunan materialda qeyd olunur ki, Roma amfiteatrları, Renessans dövrünün şah əsərləri və qotik kilsələri ilə Avropa dünyanın ən zəngin mədəni irsinə sahib ola bilər. Bununla yanaşı, qitədə o qədər tutqun və həddindən artıq qiymətləndirilmiş görməli yerlər də var ki, onları buldozerlə sökmək olar, lakin buna baxmayaraq turistlər izaholunmaz şəkildə həmin məkanlara axın edirlər. Nəşr 2026-cı ildə ziyarətindən imtina edilməsi tövsiyə olunan Avropanın məşhur turistik yerlərinin siyahısını tərtib edib.
Antireytinqin ilk sırasında İtaliyanın Verona şəhərində yerləşən və “Cülyetta balkonu” adlandırılan məkan qərarlaşıb. Reallıqda bu yerin Uilyam Şekspirin məşhur “Romeo və Cülyetta” əsəri ilə heç bir əlaqəsi yoxdur. Yazıçı heç vaxt Veronada olmayıb, balkon isə binaya yalnız 1930-cu illərdə əlavə edilib. Bundan başqa, Cülyettanın bürünc heykəli də yalnız 1970-ci illərdə turizmi stimullaşdırmaq məqsədilə quraşdırılıb. Faktiki olaraq bu, turistlərin düşünmədən inandığı süni şəkildə yaradılmış bir əfsanədir.
Qeyd olunur ki, 6 yanvar 2026-cı ildən etibarən turistlər bu həddindən artıq qiymətləndirilmiş məkana daxil olmaq üçün də ödəniş etməli olacaqlar. Belə ki, binanın daxilində yerləşən muzeyə giriş bileti 12 avro təşkil edəcək.
Avropanın ən çox şişirdilmiş 10 görməli yeri:
Cülyetta balkonu, Verona, İtaliya.
Lester skver, London, İngiltərə.
Mavi laguna, İslandiya.
Blarni daşı, İrlandiya.
Reperban, Hamburq, Almaniya.
Sidik ifraz edən oğlan heykəli, Brüssel, Belçika.
“Mona Liza”, Paris, Fransa.
Venesiyada qondola gəzintisi, İtaliya.
“Kiçik su pərisi” heykəli, Kopenhagen, Danimarka.
Con-O-Qrots, Şotlandiya.
Paşa Məmmədli