Redaktor
Almaniya iqtisadiyyatında böyümə ümidi yoxdu - Artım gözlənilmir
Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın proqnozlaşdırıla bilməyən ticarət siyasətləri səbəbindən ölkə iqtisadiyyatında 2025-ci ildə də böyümə olmayacağını açıqlayıb. Daha əvvəl 2025-ci il üçün 0,3 faiz olaraq müəyyən edilmiş rəsmi böyümə proqnozu, beynəlxalq ticarət gərginliklərinin artması fonunda sıfıra endirilib.
Valyuta.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek paytaxt Berlində keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, gələn il üçün də iqtisadi artım proqnozu əvvəlki 1,1 faizdən 1 faizə endirilib.
Habek qeyd edib ki, Almaniya iqtisadiyyatı ardıcıl iki il davam edən tənəzzüldən sonra çətin bir dövr keçirir və ABŞ-ın qeyri-müəyyən ticarət siyasətləri səbəbindən yeni problemlərlə qarşılaşır. Trampın gömrük tarifləri ilə bağlı təhdidləri və tətbiqlərinin ixrac yönümlü Alman iqtisadiyyatı üzərində ciddi təsir göstərdiyini deyən nazir, məhz bu səbəbin böyümə proqnozuna mənfi təsir etdiyini vurğulayıb.
Vəzifəsini yaxın vaxtda təhvil verməyə hazırlaşan Habek bildirib: “Alman iqtisadiyyatının qlobal təchizat zəncirlərinə yüksək inteqrasiyası və açıq xarici ticarət modeli nəzərə alındıqda, ABŞ-ın yeni qoruyucu siyasətləri iqtisadi artımımıza birbaşa və dolayı şəkildə əhəmiyyətli təsirlər göstərə bilər”.
Nazir əlavə edib ki, bu mürəkkəb geosiyasi və iqtisadi şəraitdə qurulacaq yeni federal hökumət bir sıra vacib addımlar atmalıdır. 6 mayda formalaşması gözlənilən koalisiya hökumətinin ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq, investisiyaları artırmaq və daha çox rəqəmsallaşma təmin etmək üçün tədbirlər görməsi vacibdir. “Öz ev tapşırığımızı yerinə yetirməyimiz çox vacib olacaq”, deyə Habek bildirib.
İxrac və məşğulluq göstəriciləri zəifləyəcək
Almaniya iqtisadi idarəsi 2024-cü ildə orta hesabla 2,2 faiz olan inflyasiyanın 2025-ci ildə 2 faizə, 2026-cı ildə isə 1,9 faizə enəcəyini proqnozlaşdırır.
Ölkədə işsizlik səviyyəsinin 2025-ci ildə 6 faizdən 6,3 faizə yüksələcəyi, 2026-cı ildə isə 6,2 faiz olacağı gözlənilir. İxrac isə 2024-cü ildə 1,1 faiz azalmasından sonra, 2025-ci ildə də Alman məhsullarının zəifləyən rəqabət gücü və artan geosiyasi ticarət gərginlikləri səbəbindən 2,2 faiz azalacaq. Yalnız 2026-cı ildə 1,3 faizlik artım proqnozlaşdırılır.
Almaniya ardıcıl üçüncü il də daralma riski ilə üz-üzədir
Tarif müharibələri və Trampın bəzi açıqlamaları qlobal ticarətə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqları artırır. Bir çox analitikin fikrincə, ABŞ-ın gömrük siyasəti Almaniya iqtisadiyyatı üçün “xüsusi risk” olaraq qiymətləndirilir.
Digər tərəfdən, bölgədəki digər ölkələrlə müqayisədə daha çox istehsalat sektoruna bağlı olan Alman iqtisadiyyatı, bu sahədə davam edən zəiflik səbəbindən hələ də kövrək vəziyyətdə qalır. Ölkə iqtisadiyyatı 2024-cü ildə əvvəlki illə müqayisədə 0,2 faiz daralıb. 2023-cü ildə bu göstərici 0,3 faiz olmuşdu.
Çinlə artan rəqabət və daxili struktur problemlər səbəbindən Almaniya ardıcıl ikinci il də iqtisadi kiçilmə yaşayıb. Beləliklə, Almaniya son iki ildir ki, böyüməyən yeganə G7 ölkəsidir. Əgər 2025-ci ildə də iqtisadi artım qeydə alınmasa, bu, ardıcıl üçüncü il Alman iqtisadiyyatının böyümədiyi anlamına gələcək.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
YDM-lərdə ən çox keşbek verən banklar hansılardır?
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026