ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

Redaktor

17.05.2025 16:31
250

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

Bakıda ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birlikdə bu ölkədə təhsil almaq istəyən tələbələr və onların valideynləri üçün "Education USA" təhsil sərgisi keçirilib.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri, bu ölkənin universitetlərində təhsil alan və ya məzun olan azərbaycanlı gənclər iştirak edib.

Tədbirdə bildirilib ki, 2023-2024-cü tədris ilində ABŞ-də 1130 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illərlə müqayisədə 25,4 faiz çoxdur.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin işlər vəkili Huqo Gevara ölkəsinin təhsil imkanlarından danışaraq, ali təhsil üçün planlaşdırmanın həm həyəcanverici, həm də zəhmət tələb edən proses olduğunu söyləyib.

O qeyd edib ki, ölkəsində təhsil alan azərbaycanlı tələbələr həm də mədəniyyət səfiri rolunu oynayır:

"İlk növbədə bu yolda addımlayan hər kəsə uğurlar arzulayıram. Bildiyiniz kimi, ABŞ-də müxtəlif tədris proqramları təklif edən 5000-dən çox universitet və kollec fəaliyyət göstərir. Bizim ölkəmizdə mövcud universistelərdə təhsil alan və oranın məzun olan çoxsaylı azərbaycanlılar var. Onlar dünya istiqamətli təhsil almaqla, bərabər öz mədəniyyətini nümayiş etdirir və dostluğumuzun rəmzinə çevrilir. Son illərdə ABŞ-da təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə ölkəmizin təhsil sahəsində dünya lideri olmasından və tələbələrə yaradılan müasir tədris imkanlarından irəli gəlir".

Qeyd edək ki, 30 məzun stendinin təmsil olunduğu tədbirdə ABŞ-nin Azərbaycandakı Səfirliyinin mübadilə proqramları ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən ali təhsil müəsssisələri barədə ətraflı məlumat almaq mümkündür.

Sərgi vasitəsilə iştirakçılara həmçinin, bu ölkədə tətbiq edilən bakalavr və magistr proqramları, tələbə vizası və digər zəruri məsələlərlə bağlı ətraflı informasiya təqdim olunacaq.

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Məzənnə

Yüklənir...