Redaktor
Minimum əmək haqqı artdı: sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - RƏQƏMLƏR
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi.
Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur.
"Bu nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər".
V.Bayramov bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini təqdim edib.
Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz);
Sumqayıt və Gəncə şəhərlərində: tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz);
Digər şəhərlərdə: tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz);
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz);
Kənd yerlərində: tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz).
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar
06.03.2026"Avromed" 16 milyonluq tenderi uddu
06.03.2026Avro bahalaşarkən rubl dəyər itirir
06.03.2026Əmtəə bazarlarında qızılın qiyməti artır
06.03.2026Rəhbər vəzifəni tərk edib öz biznesini qurdu - SƏHƏR OXUSU
06.03.2026Mobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib
05.03.2026Sərvət qazanmağın sadə, amma vacib 3 addımı
05.03.2026Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var
05.03.2026Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq
05.03.2026"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi
05.03.2026İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb
05.03.2026Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır
05.03.2026“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ
05.03.2026“Unleash” 35 milyon dollar investisiya alıb
05.03.2026"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN
05.03.2026Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
05.03.2026Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026