Redaktor
Bakıda 3 otaqlı həyət evi tikmək neçəyə başa gəlir?
İldən-ilə artan ev qiymətləri bir çox insanlarda həyət evinə marağı artırır. Onlar binalardan ev almaqdansa, həyət evi tikməyin daha ucuz başa gələcəyini düşünürlər. Buna görə də, müxtəlif ərazilərdə torpaq sahəsi alıb, özləri ev tikməyə çalışırlar. Bu zaman da keyfiyyətli material tapmaq, usta xərcləri, material xərcləri və s. kimi bir çox məsələlər ortaya çıxır. Bütün xərcləri hesabladıqdan sonra insanların özlərinin ev tikməsinin daha ucuz başa gəldiyini və ya əksinə olduğunu müəyyən etmək olar. Maraqlıdır, Bakıda 3 otaqlı ev tikmək üçün nə qədər pul lazımdır?
Bu barədə Valyuta.az-a Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının üzvü olan “Alov İnşaat” MMC-nin rəhbəri Məhəmməd Nəcəfli bildirdi ki, evlərin qiyməti onların yerləşdiyi ərazidən asılı olaraq dəyişir:
“Evin qiymətini neçə sotda, hansı üslubda, hansı materiallarla tikilməsi və ev sahibinin istəyinə uyğun orada nələrdən istifadə olması ilə müəyyənləşir. Bakının müxtəlif ərazilərində ev tikmək üçün topraq sahələrinin qiyməti fərqlidir. Buna görə də, konkret demək olmaz ki, 3-5 otaqlı ev tikmək neçəyə başa gələr? Amma normal 3 otaqlı bir ev tikmək üçün təxminən 3-4 sot torpaq sahəsi olmalıdır. Həmin evin sahəsi ortalama olaraq 100-120 kvadrat metr olur”.

Tikiləcək evin xərclərinə gəlincə, M.Nəcəfli bildirdi: “Bahalı materiallarla ev tikmək istəyən şəxslər üçün bu evin qiyməti bir az yüksək ola bilər. Ev tikintisini daha ucuz materiallardan istifadə edərək münasib qiymətə başa gətirmək olar. Bu zaman da keyfiyyətlə bağlı problemlər yaranır və daha sonra həmin evi təmir etməyə daha çox xərc çıxır. Amma normal keyfiyyətli materiallardan istifadə olunaraq 3 otaqlı bir ev tikən zaman 1 kvadrat metr üçün xərci 800-850 manat olur. Yəni, 100 kvadrat metrlik ev tikmək üçün 80-85 min, 120 kvadrat metrlik ev tikmək üçün 96-102 min manat vəsait lazım olur”.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap
16.03.2026Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu
16.03.2026Yeni cərimələr təsdiqləndi
16.03.202678 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar
16.03.2026"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb
16.03.2026Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı
16.03.2026Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
16.03.2026Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı
16.03.2026Unun topdansatış qiyməti açıqlandı
16.03.2026Laçında bir milyon manata kanal tikiləcək
16.03.2026Azərbaycanda 2 ayda pərakəndə ticarət dövriyyəsi 3,6 faiz artıb
16.03.2026