Trampın neft siyasəti: "Qara qızıl"ın qiymətini necə düşürür?

Redaktor

28.01.2025 16:30
290

Trampın neft siyasəti: "Qara qızıl"ın qiymətini necə düşürür?

Trampın neftin ucuzlaşdırılması ilə bağlı verdiyi açıqlamalar “qara qızıl”ın dəyərinin tədricən enməsinə səbəb olur. 

2025-ci ilin yanvarın 15-də “Brent” markalı neftin dəyəri 82,5 dollar idi. Trampın açıqlamaları ilə “Brent” nefti son iki həftə ərzində təxminən 6 dollar və ya 7 faizdən çox ucuzlaşaraq 76,6 dollara düşüb. Bu qiymət səviyyəsi son 2-3 ayda müşahidə edilən orta qiymət səviyyəsinə uyğundur. Həmin dövrdə neftin dəyəri 70-76 dollar intervalında dəyişirdi. Lakin son 2 həftənin dinamikası göstərir ki, birjalarda psixoloji təzyiq güclüdür və bu təzyiq nəticəsində neft davamlı ucuzlaşır. Neftin ucuzlaşmaması üçün psixolojı təzyiq dayanmalıdır. Yanvarın 20-dən vəzifəsinin icrasına başlayan Trampın açıqlamaları, verdiyi qərarlar bu təzyiqin zəifləməsinə imkan vermir. 

Hələlik, ABŞ dövlət başçısı öz ölkəsində neft hasilatının artırılması üçün tədbirlər görür. Növbəti tədbirlərdən biri kimi o, Alyaska ştatının qorunan ərazilərində neft və qaz hasilatına yenidən icazə verməyi planlaşdırır. Tramp vurğulayıb ki, bu yataqların ehtiyatları bütün Asiyanın tələbatını ödəyə bilər. ABŞ-də neft hasilatının artırılması prosesi Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra güclənib. 2019-ci ildə gündəlik 12,3 milyon barel neft çıxaran ABŞ 2024-cü ildə 13,25 milyon barel neft hasil edib. Ötən ilə aid olan proqnozlara əsasən Amerikada 2025-ci ildə hasilatın 13,5 milyon bareli keçəcəyi təxmin edilir. 

2025-ci ilə dair proqnozlar verilən zaman Trampın atacağı addımlar nəzərə alınmamışdı. Yeni tədbirlər də nəzərə alınarsa ABŞ-də gündəlik hasilatın 2025-ci ildə daha çox artması ehtimalı böyükdür. ABŞ hasilatı artırmaqla idxalı azaltmağa nail olur ki, bu da dünyada neft alışını azaldır. 2024-cü ilə aid olan məlumata əsasən, ABŞ-nin gündəlik neft idxalı təxminən 6 milyon barel olub. ABŞ-nin aldığı neft dünya üzrə satılan neftin təxminən 15 faizini təşkil edir.  ABŞ hasilatı artırmaqla həm idxalı azalda bilər, həm də dünya bazarlarına daha böyük həcmdə neft satışa çıxara bilər. Bunun sayəsində neft qiymətlərinin enmə ehtimalı var. 

Lakin dünyada neft qiymətlərinə təsir edən əsas ölkə Səudiyyə Ərəbistanı və onun Yaxın Şərqdəki tərəfdaşlarıdır. Əgər ABŞ öz ölkəsində hasilatı artırmaqla yanaşı, Yaxın Şərq ölkələrində də hasilat artımına nail olsa, o halda neftin dəyəri daha da azalacaq. Proseslər göstərir ki, neft bazarındakə vəziyyət məhz bu istiqamətdə dəyişir. 

©sfera.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar

Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar

06.03.2026

"Avromed" 16 milyonluq tenderi uddu

06.03.2026

Avro bahalaşarkən rubl dəyər itirir

06.03.2026

Əmtəə bazarlarında qızılın qiyməti artır

06.03.2026

Rəhbər vəzifəni tərk edib öz biznesini qurdu - SƏHƏR OXUSU

06.03.2026

Mobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib

05.03.2026

Sərvət qazanmağın sadə, amma vacib 3 addımı

05.03.2026

Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var

05.03.2026

Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq

05.03.2026

"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi

05.03.2026

İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb

05.03.2026

Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır

05.03.2026

“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ

05.03.2026

“Unleash” 35 milyon dollar investisiya alıb

05.03.2026

"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN

05.03.2026

Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb

05.03.2026

Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL

05.03.2026

Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar

05.03.2026

Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir

05.03.2026
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

05.03.2026

Məzənnə

Yüklənir...