BAKU Azərbaycan
25.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
38070

İdarəetmə üzrə konsultant və təlimçi, “Falcon Consulting Group”un direktoru Şahin Qədimli Valyuta.az üçün yazır...

“Bu, hüquqşünasın işi deyil”, “Bu, mühasibin işi deyil”, “Bu, təchizatçının işi deyil” və sair bu qəbildən ifadələri müəssisələrin daxilində çox eşitmək olur. Bu deyimləri çox vaxt elə həmin vəzifələrdə çalışan şəxslər səsləndirirlər. Bəziləri səmimi olaraq buna inanırlar. Digərləri isə yanaşmalarının yanlış olduğunu dərk edir, lakin əlavə işdən, məsuliyyətdən özünü qurtarmaq üçün bu mövqedən çıxış etməyə çalışırlar. Lakin motivlərdən asılı olmadan bu yanaşma hərtərəfli yanlış və zərərlidir.

Biznesin hüquqi müşahidəsini, mühasibatını aparan və ya təchizatı ilə məşğul olan şəxs öz sahəsini ümumi işdən ayırıb, məhdud çərçivəyə salıb çalışdığı müəssisənin əsas fəaliyyətinin spesifikasını bilib onu nəzərə almadan öz sahəsində belə keyfiyyətlə fəaliyyət göstərə bilməz.

Əsasən, qeyd olunan problem dəstək funksiyalarında çalışanlarda müşahidə olunur. Çünki məhsulu və ya xidməti yaradan və satanlar istər-istəməz müəssisənin əsas işindən xəbərdar olurlar. Düzdür, onlar başqa ənənəvi problemi yaşayırlar: istehsalat satışdan, satış isə istehsalatdan daim narazı olur. Bu da ayrı mövzudur. Dəstək funksiyalarında isə bir çoxları hesab edirlər ki, onların hər şeydən ayrı qalıb öz işlərini icra etmələri kifayətdir. Amma müəssisənin məhsulunu, müştərisini, texnologiyasını bilmədən nə keyfiyyətli audit həyata keçirmək, nə uyğun kadr seçmək, nə layiqli hüquq yardım göstərmək, nə də digər dəstək funksiyalarını lazımi səviyyədə icra etmək mümkündür. Aydın məsələdir ki, bunlar hamısı düzgün iş bölgüsünü istisna etmir və “hər kəs hər şeylə məşğul olmalıdır” anlamına gəlmir. Çünki bu da yanlış iş quruluşudur.

Bütün struktur bölmələrin əməkdaşlarının ümumilikdə müəssisənin və dəstək xidməti göstərdiyi struktur bölmələrinin fəaliyyətinin xüsusiyyətlərinə bələd olması həm onların iş nəticələrinin effektivliyini ciddi artırmış olur, həm də onların yüksək motivasiyasının göstəricisidir. Lakin bu məsələni tək əməkdaşların öhdəsinə buraxmaq olmaz. Rəhbər heyət belə yanaşmanın ənənə forması alması istiqamətində fəaliyyət göstərməli və bunu dəstəkləməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Yas mərasimlərində yemək verənlər cərimələnəcək? - AÇIQLAMA

Azərbaycanla Çin arasında viza ləğv edildi - Prezident təsdiqlədi

Qazın qiymətini Tarif Şurası müəyyənləşdirməyəcək

“Son dəyişikliklərdə də Tarif Şurası ilə işbirliyimiz olub”

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib - FOTOLAR

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib - FOTOLAR

Bu yol bağlanır - Körpü təmir olunacaq

Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Bu hallarda qaz verilişi dayandırılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin