BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
71832

Milli Məclisdə qazın talanması halları müzakirə edilib.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Biz “Azəriqaz” olaraq pərakəndə satış və paylanma edirik və birbaşa abonentlərlə ünsiyyətdəyik. Artıq 2 milyon 700 min abonentə xidmət göstəririk, hər il bu rəqəm artır.

Bizim əsas problemlərimizdən biri köhnəlmiş şəbəkə aktivlərimizdir. Hazırda müəyyən investisiya proqramları həyata keçirilir, maliyyə resursları məhduddur. Tarif olanda artıq lazım olan bütün investisiyalar tarifdə əksini tapa biləcək.

Qazın talanması hallarında məsuliyyətin daha obyektiv şəkildə müəyyənləşdirilməsi üçün yalnız texniki müdaxiləni edən şəxslərin deyil, bu müdaxilədən fayda əldə edənlərin də məsuliyyət daşıması mexanizminin hüquqi əsasla dəstəklənməsi zəruridir. Sayğaclara müdaxilə var və biz son statistikaya baxanda o müdaxilələrdə təqsirkar tərəfi müəyyən etməkdə çətinlik çəkirik. Amma istər-istəməz təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir. Biz istəyirik ki, bu prosesləri ayıraq. Buna görə təkliflər hazırlayırıq və öz fikirlərimizi rəsmi formada təqdim edəcəyik”, - A. Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Rusiya Ayda ilk dəfə AES tikəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin